Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb.
Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında təqvimlə tanış ola bilərsiniz.
Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək. Qeyd olunub ki, bu barədə məlumat Azərbaycan Astrofizika Rəsədxanasından verilib. QMİ-dən bildirilib ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə aprelin 13-də başlayacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.
Allah oruclarınızı qəbul eləsin!
Nəfəs musiqi (çalğı) alətlərində havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur.
Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanıb. Bu ənənə dövrümüzə qədər yaşayır. Nəfəsli musiqi alətləri qarğıdan, qamışdan sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan hazırlanır.
Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanda populyar olan nəfəs musiqi alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.
BAKI, 5 aprel — Sputnik. Keçən ilin ortalarından etibarən Azərbaycanda nağdsız ödənişləri stimullaşdırmaq üçün satın alınan mallar və xidmətlərə görə ödənən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılmasını vəd edən "ƏDV geri al" layihəsinin icrasına başlanılıb. Nağdsız ödənişlər üçün vergi məbləğinin 15%, nağd ödənişlər üçün 10%-nin qaytarılması nəzərdə tutulur.
Bu günlərdə Media Təhlil Mərkəzi tərəfindən "ƏDV geri al" layihəsi və bonus/endirim kartları ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə sorğu keçirilib. Sputnik Azərbaycan-ın sorğunun nəticəsi əsasında hazırladığı xüsusi materialda insanların geri qaytarılan ƏDV faizindən necə istifadə etdikləri, bundan başqa, ümumilikdə bonus və endirim kartlarından daha çox hansı məhsulları alarkən yararlandıqları barədə geniş məlumat öz əksini tapıb.
Dövlətin "ƏDV geri al" layihəsi, kommersiya qurumlarının isə bonus/endirim kartları ilə bağlı məqsədi nə olursa-olsun, hər bir halda ödədiyin vəsaitin bir hissəsinin bu yolla geri qaytarılması xoş təsir bağışlayır.
BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.
Bella Hadid walking for Michael Kors FW 2021. pic.twitter.com/quLVigHF0B
— babies art (@BabiesArt_) April 10, 2021
Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.
Irina Shayk walking for Michael Kors FW 2021. pic.twitter.com/tg4WHka0PB
— babies art (@BabiesArt_) April 10, 2021
Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.
— babies art (@BabiesArt_) April 10, 2021