Azərbaycanda onlayn şopinq

853
(Yenilənib 13:47 29.03.2021)
Media Təhlil Mərkəzi azərbaycanlıların internetdən daha çox nə aldıqlarını və karqo şirkətlərinin işindən razı qalıb-qalmadıqlarını müəyyənləşdirmək məqsədilə sorğu keçirib.
İnfoqrafika: Azərbaycanda online-shopping
© Sputnik / Elnur Salayev

Pandemiya və tətbiq olunan məhdudiyyətlər əhalinin istehlak vərdişlərinə də öz təsirini göstərib. Mağazalar və ticarət mərkəzləri bağlı olduğundan geyim, texnika və digər məhsulların xaricdən sifarişinə tələbat nəzərəçarpacaq dərəcədə artıb.

Bəs azərbaycanlılar xaricdən ən çox hansı məhsulu sifariş edirlər və kuryer fəaliyyəti göstərən şirkətlərin xidmətindən nə dərəcədə razıdırlar? Bu barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında tanış olmaq mümkündür.

853

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

102
(Yenilənib 17:41 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

102

Qədim musiqi alətləri - Nəfəs alətləri

1664
(Yenilənib 14:43 05.04.2021)
Azərbaycanımızın qədim milli musiqi alətləri arasında nəfəs musiqi alətləri də özünəməxsus yer tutur.
© Sputnik / Elnur Salayev

Nəfəs musiqi (çalğı) alətlərində havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur.

Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanıb. Bu ənənə dövrümüzə qədər yaşayır. Nəfəsli musiqi alətləri qarğıdan, qamışdan sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan  hazırlanır. 

Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. 

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanda populyar olan nəfəs musiqi alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.

 

1664
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin