Qədim musiqi alətləri - Zərb alətləri

1203
(Yenilənib 21:41 18.03.2021)
Doğma Vətənimiz olan Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox qədim dövrlərə qədər gedib çıxır.
© Sputnik / Elnur Salayev

Hələ qədim vaxtlarda adamlar müəyyən vasitələrlə ritmlər yaradıblar. 

Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda 10-12 min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya parçası da var. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatıb.

Zərb alətləri qədim dövrdən ölkəmizdə şənliklərdə və müharibə vaxtı geniş istifadə olunub. Təəssüf ki, illər keçdikcə onlardan bir çoxu yaddan çıxarılır, yerini elektron musiqi alətlərinə verir.

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanın müxtəlif bölgələrində keçmişdən bəri istifadə olunan zərb alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.

 

1203

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

103
(Yenilənib 17:41 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

103

Qədim musiqi alətləri - Nəfəs alətləri

1670
(Yenilənib 14:43 05.04.2021)
Azərbaycanımızın qədim milli musiqi alətləri arasında nəfəs musiqi alətləri də özünəməxsus yer tutur.
© Sputnik / Elnur Salayev

Nəfəs musiqi (çalğı) alətlərində havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur.

Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanıb. Bu ənənə dövrümüzə qədər yaşayır. Nəfəsli musiqi alətləri qarğıdan, qamışdan sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan  hazırlanır. 

Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. 

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanda populyar olan nəfəs musiqi alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.

 

1670
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin