8 Martı kim necə qeyd edir?

68
(Yenilənib 10:40 06.03.2021)
Ötən əsrdə BMT tərəfindən Beynəlxalq Qadınlar Günü elan edilən 8 Mart barədə maraqlı məlumatlar Sputnik Azərbaycan-ın infoqrafikasında.
İnfoqrafika: 8 Mart - Beynəlxalq Qadınlar Günü
© Sputnik / Elnur Salayev

8 Mart - Beynəlxalq Qadınlar Gününün təməli 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qoyulsa da, Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda 1917-ci ildən mütəmadi qeyd edilən Qadınlar Gününə fərqli ölkələrdə fərqli münasibət var. Bu və digər məlumatlarla Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış ola bilərsiniz.

68

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

502
(Yenilənib 17:41 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

502

Qədim musiqi alətləri - Nəfəs alətləri

1697
(Yenilənib 14:43 05.04.2021)
Azərbaycanımızın qədim milli musiqi alətləri arasında nəfəs musiqi alətləri də özünəməxsus yer tutur.
© Sputnik / Elnur Salayev

Nəfəs musiqi (çalğı) alətlərində havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur.

Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanıb. Bu ənənə dövrümüzə qədər yaşayır. Nəfəsli musiqi alətləri qarğıdan, qamışdan sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan  hazırlanır. 

Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. 

Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada Azərbaycanda populyar olan nəfəs musiqi alətləri ilə tanış ola, həm də onların səslənməsinə qulaq asa bilərsiniz.

 

1697

Xalq artisti ilə vida mərasimi keçirilir

0
(Yenilənib 12:42 18.04.2021)
Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 18 aprel - Sputnik. Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Mərhum "Qurd qapısı" qəbristanlığında dəfn ediləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, onun dəfn yeri ailəsi tərəfindən, özünün vəsiyyəti ilə mərhum həyat yoldaşının dəfn olduğu Bakı şəhərindəki "Qurd qapısı" qəbristanlığı müəyyən edilib.

Daha əvvəl Nazirlikdən bildirilmişdi ki, mərhum sənətkarımızın qızı xarici ölkədə yaşadığına görə, dəfn onun gəlişinə kimi müvəqqəti təxirə salınıb.

0