Azərbaycan Xocalı qurbanlarını yad edir

532
(Yenilənib 13:53 26.02.2021)
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.
İnfoqrafika: Xocalı faciəsi
© Sputnik / Elnur Salayev

1992-ci ildə XX əsrin ən qanlı faciələrindən biri - erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi baş verib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi qanlı soyqırımı nəticəsində 613 mülki şəxs qətlə yetirilib, 487 nəfər aldığı güllə yarasından əlil olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl insan var.

Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.

Faciənin baş verdiyi gecə 1275 mülki şəxs girov götürülüb ki, onlardan da 150 nəfərin taleyi hələ məlum deyil.

Fevralın 26-da paytaxtın təhsil müəssisələrində ilk dərs Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi şəhərin təhsil müəssisələrində bir sıra tədbirlərin təşkili üçün xüsusi plan hazırlayıb.

532

Cənnət meyvəsi: xurmanın faydaları nələrdir

27
(Yenilənib 13:33 19.04.2021)
Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında xurmanın insan orqanizminə faydası və bu şirin meyvənin pəhriz saxlayanlar üçün mümkün ziyanından bəhs olunur.
İnfoqrafika: Xurmanın faydası
© Sputnik / Elnur Salayev

Xurma ta qədimdən çox faydalı meyvə hesab olunub və müqəddəs Ramazan ayında istifadəsi dəfələrlə artır. Belə hesab olunur ki, orucluqda iftarı xurma ilə açmaq daha məqbuldur.

Xurmanın insan orqanizminə faydasını saymaqla qurtarmaz. Bu şirin və ləzzətli meyvənin tərkibində, demək olar ki, orqanizmə lazım olan bütün faydalı maddələr, vitaminlər və mikroelementlər var.

Artıq çoxdan sübut olunub ki, qida rasionuna bu meyvəni daxil etməklə ürək damarlarını və immuniteti xeyli möhkəmləndirmək və ürək xəstəliklərinin inkişafının qarşısını almaq mümkündür.

Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında xurmanın bütün faydalı xüsusiyyətləri ilə tanış ola bilərsiniz.

27
Teqlər:
infoqrafika, xurmanın faydaları, xurma

Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

515
(Yenilənib 17:41 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

515
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

0
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0