Pandemiya dövründə azərbaycanlıların sayı artıb

1486
Sərtləşdirilmiş karantin rejimi dövründə ölkəmizin əhalisinin sayı 0,6% artaraq 10,12 milyon nəfərə çatıb.
İnfoqrafika: Azərbaycan əhali artımına görə reytinqdə
© Sputnik / Elnur Salayev

Azərbaycanda koronavirus pandemiyası dövründə doğum göstəriciləri artıb. Dövlət Statistika Komitəsinin məlumatları bunu deməyə əsas verir. Ölkə bu göstəriciyə görə postsovet məkanında altıncı yerdədir. Siyahıya isə Tacikistan başçılıq edir, burada hər min nəfərə 218 körpə düşür.

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın əhalisi 56292 nəfər və ya 0,6% artaraq 10,12 milyon nəfərə çatıb. Hazırda doğum əmsalı 12,7-dir.

Həmin dövr ərzində 3 mindən artıq əkiz, 100-dən artıq üçəm və 4 dördəm anadan olub.

Demoqrafik göstəricilərə əsasən, hazırda Azərbaycanda şəhər əhalisi üstünlük təşkil edir. Həmçinin məlumdur ki, hər 1000 nəfər kişiyə 1002 qadın düşür.

Ölkənin demoqrafik göstəriciləri haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasından öyrənmək olar.

1486

8 Martı kim necə qeyd edir?

42
(Yenilənib 10:40 06.03.2021)
Ötən əsrdə BMT tərəfindən Beynəlxalq Qadınlar Günü elan edilən 8 Mart barədə maraqlı məlumatlar Sputnik Azərbaycan-ın infoqrafikasında.
İnfoqrafika: 8 Mart - Beynəlxalq Qadınlar Günü
© Sputnik / Elnur Salayev

8 Mart - Beynəlxalq Qadınlar Gününün təməli 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qoyulsa da, Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda 1917-ci ildən mütəmadi qeyd edilən Qadınlar Gününə fərqli ölkələrdə fərqli münasibət var. Bu və digər məlumatlarla Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış ola bilərsiniz.

42

Cəbiş müəllim Novruz çərşənbələri haqda - VİDEO

234
(Yenilənib 11:23 02.03.2021)
İlin ən çox gözlənən, sevimli bayramı Novruza sayılı günlər qalıb. Novruz atributları, ənənələri haqda məlumatı Cəbiş müəllim təqdim edir.

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Cəbiş müəllim Azərbaycanda Novruz ənənələri, çərşənbələrin mahiyyəti barədə danışır.

Od çərşənbəsi qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, üçüncü, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

234
Teqlər:
Cəbiş müəllim, Od çərşənbəsi, Novruz
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0