Yaponiyaya milyardlar qazandıran azərbaycanlı düha

2605
(Yenilənib 11:47 04.02.2021)
Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub.
Yaponiyaya milyardlar qazandıran azərbaycanlı dahi
© Sputnik / Elnur Salayev

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) doğum günüdür.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Görkəmli alimin həyatı və nailiyyətləri ilə daha yaxından Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da vəfat edib. Onun cənazəsi ABŞ-dan Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

 

2605

Azərbaycan Xocalı qurbanlarını yad edir

505
(Yenilənib 13:53 26.02.2021)
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.
İnfoqrafika: Xocalı faciəsi
© Sputnik / Elnur Salayev

1992-ci ildə XX əsrin ən qanlı faciələrindən biri - erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi baş verib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi qanlı soyqırımı nəticəsində 613 mülki şəxs qətlə yetirilib, 487 nəfər aldığı güllə yarasından əlil olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl insan var.

Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.

Faciənin baş verdiyi gecə 1275 mülki şəxs girov götürülüb ki, onlardan da 150 nəfərin taleyi hələ məlum deyil.

Fevralın 26-da paytaxtın təhsil müəssisələrində ilk dərs Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi şəhərin təhsil müəssisələrində bir sıra tədbirlərin təşkili üçün xüsusi plan hazırlayıb.

505

Cəbiş müəllim Qarabağın sonuncu şahzadəsi haqqında danışır

121
(Yenilənib 11:55 22.02.2021)
Cəbiş müəllim Sputnik Azərbaycan-ın oxucularına Qarabağın görkəmli azərbaycanlıları barədə söhbət açmağı davam edir. Bu dəfə söhbət böyük şairə, xan qızı Xurşidbanu Natəvandan gedəcək.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaratdı.

Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib.

Cəbiş müəllimin bugünkü qəhrəmanı Qarabağın xan nəslinin sonuncu varisi görkəmli şair, rəssam və xeyriyyəçi xan qızı Xurşidbanu Natəvandır.

121
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0