İşğal nəticəsində Azərbaycana dəymiş ziyan

97
(Yenilənib 12:34 02.02.2021)
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə yanaşı, həm də ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurub.

Erməni tərəfinin Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması qanunsuz hərbi birləşmələrin nəzarəti altında olan bütün bölgələrin acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb. Mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib.

Vətən Müharibəsi başa çatandan sonra rəsmi Bakı dəymiş iqtisadi ziyanın qiymətləndirilməsi prosesinə başlayıb və ilkin məlumatlara görə, bu rəqəm çox böyük ola bilər. Məhv edilmiş tarixi, dini və mədəni abidələrin dəyərini isə ümumiyyətlə, pulla ölçmək qeyri-mümkündür.

İşğal dövründə Azərbaycanın yüzlərlə abidəsi məhv edilib və ya yararsız hala salınıb ki, onların arasında 13 beynəlxalq əhəmiyyətli mədəniyyət nümunəsi də var. İşğal olunmuş ərazilərdə yerləşən məscidlərin əksəriyyəti yerlə yeksan edilib: 67 dini obyektdən 64-ü tamamilə dağıdılıb. Bu barədə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından daha ətraflı məlumat əldə etmək mümkündür.

97
Teqlər:
dini abidələr, tarixi abidələr, mədəniyyət, iqtisadiyyat, ziyan, erməni vandalizmi, Qarabağın işğalı, işğal

Azərbaycan Xocalı qurbanlarını yad edir

516
(Yenilənib 13:53 26.02.2021)
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.
İnfoqrafika: Xocalı faciəsi
© Sputnik / Elnur Salayev

1992-ci ildə XX əsrin ən qanlı faciələrindən biri - erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi baş verib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi qanlı soyqırımı nəticəsində 613 mülki şəxs qətlə yetirilib, 487 nəfər aldığı güllə yarasından əlil olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl insan var.

Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq həm atasını, həm də anasını, 130 uşaq isə valideynlərindən birini itirib.

Faciənin baş verdiyi gecə 1275 mülki şəxs girov götürülüb ki, onlardan da 150 nəfərin taleyi hələ məlum deyil.

Fevralın 26-da paytaxtın təhsil müəssisələrində ilk dərs Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi şəhərin təhsil müəssisələrində bir sıra tədbirlərin təşkili üçün xüsusi plan hazırlayıb.

516

Cəbiş müəllim Qarabağın sonuncu şahzadəsi haqqında danışır

124
(Yenilənib 11:55 22.02.2021)
Cəbiş müəllim Sputnik Azərbaycan-ın oxucularına Qarabağın görkəmli azərbaycanlıları barədə söhbət açmağı davam edir. Bu dəfə söhbət böyük şairə, xan qızı Xurşidbanu Natəvandan gedəcək.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaratdı.

Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib.

Cəbiş müəllimin bugünkü qəhrəmanı Qarabağın xan nəslinin sonuncu varisi görkəmli şair, rəssam və xeyriyyəçi xan qızı Xurşidbanu Natəvandır.

124
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0