Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bizim Cəbiş müəllim Qarabağın inciləri haqda: Xan Şuşinski fenomeni - VİDEO

Abunə olmaq
Qələbəmizdən ruhlanan Cəbiş müəllim bir il ərzində sizə Qarabağdan çıxmış dahi şəxsiyyətlər haqqında məlumat verəcək.

Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi həyatımızın bütün sahələrində böyük ruh yüksəkliyi yaratdı. Doğma Vətənimizin ayrılmaz parçası Qarabağ dünya mədəniyyətinə, elminə və ictimai fikrinə böyük şəxsiyyətlər bəxş edib. 

Cəbiş müəllimin bugünkü qəhrəmanı korifey sənətkarımız Xan Şuşinskidir. 

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci ildə avqust ayının 20-si Şuşa şəhərində anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni bir çalarlar aşılayıb.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Xəbər lenti
0