Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

218
(Yenilənib 00:41 22.01.2021)
Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.
İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
© Sputnik / Elnur Salayev

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci yarısı artıq geridə qalıb və bombardirlərin siyahısında Bakının "Neftçi" komandasının hücumçusu Namiq Ələsgərov liderdir. O, çempionatın 13 turu ərzində 8 qol vurub. "Qarabağ"ın oyunçuları Mahir Əmrəli və Filip Ozobiç isə öz hesablarına 7 qol yazdıra biliblər.

Lakin hazırkı oyunçuların göstəriciləri Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin iyirmiliyinə daxil olanların göstərdiyi nəticələrdən çox uzaqdır. Həmin futbolçuların hamısı artıq karyerasını başa vurub. Bu siyahıya 183 qolla Nazim Əliyev liderlik edir. İkinci yerdə qərar tutan Müşfiq Hüseynov ondan 58 qol geri qalır. Üçlüyü aktivində 116 qol olan Rövşən Əhmədov tamamlayır.

Yeri gəlmişkən, Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin beşliyində Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var. O, cəmi 115 qol vurub.

Azərbaycanın futbol üzrə çempionatlarının ən yaxşı bombardirlərinin tam siyahısı ilə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış olmaq mümkündür.

218

8 Martı kim necə qeyd edir?

61
(Yenilənib 10:40 06.03.2021)
Ötən əsrdə BMT tərəfindən Beynəlxalq Qadınlar Günü elan edilən 8 Mart barədə maraqlı məlumatlar Sputnik Azərbaycan-ın infoqrafikasında.
İnfoqrafika: 8 Mart - Beynəlxalq Qadınlar Günü
© Sputnik / Elnur Salayev

8 Mart - Beynəlxalq Qadınlar Gününün təməli 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qoyulsa da, Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda 1917-ci ildən mütəmadi qeyd edilən Qadınlar Gününə fərqli ölkələrdə fərqli münasibət var. Bu və digər məlumatlarla Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış ola bilərsiniz.

61

Cəbiş müəllim Novruz çərşənbələri haqda - VİDEO

239
(Yenilənib 11:23 02.03.2021)
İlin ən çox gözlənən, sevimli bayramı Novruza sayılı günlər qalıb. Novruz atributları, ənənələri haqda məlumatı Cəbiş müəllim təqdim edir.

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Cəbiş müəllim Azərbaycanda Novruz ənənələri, çərşənbələrin mahiyyəti barədə danışır.

Od çərşənbəsi qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, üçüncü, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

239
Teqlər:
Cəbiş müəllim, Od çərşənbəsi, Novruz
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 175 mini keçdi

0
Xəstəlikdən sağalanların sayı 165 096 nəfər olub. Hazırda bu ölkədə 6 038 nəfər xəstəxanada müalicə alır.

BAKI, 9 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 175 198-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 182 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 232- ə çatıb. Xəstəlikdən sağalanların sayı 165 096 nəfər olub. Hazırda bu ölkədə 6 038 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 117,1 milyonu keçib, 2,60 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0