Azərbaycan Ermənistan: demoqrafik təhlil

2002
(Yenilənib 21:15 06.11.2020)
Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında Azərbaycan və Ermənistanın yalnız sosial bazası deyil, həm də səfərbərlik imkanları müqayisə olunub.
Azərbaycanda və Ermənistanda sosial-demoqrafik vəziyyətin müqayisəsi
© Sputnik / Elnur Salayev

Dağlıq Qarabağın işğal altında olan torpaqlarında davam edən döyüşlər həm də iki ölkənin insan resursları haqqında düşünməyə vadar edir: Bakı və Yerevan mövcud vəziyyətə demoqrafik və sosial cəhətdən nə dərəcədə hazırlıqlı idi?

Sputnik Azərbaycan-ın xüsusi infoqrafiyasında hər iki ölkəni müqayisə edə və bu göstəricilərdə Azərbaycanın Ermənistanı nə qədər üstələdiyini görə bilərsiniz.

2002

Azərbaycanın xarici ticarət göstəriciləri

16
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

16

Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası

43
(Yenilənib 17:34 21.11.2020)
Ölkədə avtomobil qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında baş verib.
İnfoqrafika: yol qəzaları
© Sputnik / Elnur Salayev

Rəsmi statistikaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında baş vermiş yol qəzalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb. Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən indiyə kimi yollarda 1145 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə, 1527 nəfər zərər çəkib ki, bu da keçən ilin göstəricilərindən 12% azdır. Avtomobil qəzalarında 504 nəfər ölüb, 1023 nəfər yaralanıb. Üstəlik, qəzaların yarıdan çoxu sutkanın qaranlıq saatlarında baş verib

Yol qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında qeydə alınıb.

Bununla yanaşı, 2020-ci ilin üç rübü ərzində yol polisi tərəfindən 2,8 milyondan çox qayda pozuntusu qeydə alınıb. İlk üçlüyə sürət həddini aşma, avtomobili qadağan olunmuş yerdə park etmə, yol nişanlarına əməl etməmə kimi qayda pozuntular daxildir. Sürücülər tərəfindən ödənilən cərimələr nəticəsində dövlət büdcəsinə 93,2 milyon manat vəsait daxil olub.

Ölkə yollarındakı vəziyyətlə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasından daha geniş məlumat əldə etmək olar.

43
Bakıda yerüstü piyada keçidi, arxiv şəkli

BNA yeraltı yerüstü keçidlərə qarşıdır

0
(Yenilənib 17:54 25.11.2020)
BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

BAKI, 25 noyabr — Sputnik. Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

0
Teqlər:
yeraltı keçid, yerüstü keçid, BNA