İşğaldan azad edilmiş torpaqlardakı məktəblər

3700
(Yenilənib 11:23 02.11.2020)
Tədris müəssisələri bərpa olunandan sonra şagirdlər yenidən Azərbaycanın işğaldan azad olunmuş rayonlarındakı məktəblərə qayıdacaqlar.
İnfoqrafika: İşğaldan azad edilmiş torpaqlarındakı təhsil ocaqları
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa işləri aparılacaq və həmin rayonlarda həyat yenidən canlanmağa başlayacaq.

İşğaldan azad edilmiş torpaqlarda təhsil müəssisələrinin fəaliyyətinin bərpası bu işin bir parçası olacaq. Tezliklə sözügedən ərazilərdəki məktəblərin uzun fasilədən sonra öz qapılarını neçə şagirdin üzünə açacağını Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərsiniz.

Hazırlanmış materialda məktəblərin, əvvəllər orada işləyən müəllimlərin və bu məktəblərdə təhsil alan  şagirdlərin sayı barədə məlumatlarla da tanış ola bilərsiniz.

3700

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

55
(Yenilənib 12:12 27.11.2020)
1 oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.
İnfoqrafika: Orta aylıq əməkhaqqı
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin göstəricilərinə nisbətən 17,1% artaraq 706,6 manat təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, milli iqtisadiyyatda muzdlu işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

Onlardan 908 min nəfəri dövlət sektorunda, 773,6 min nəfəri özəl sektorda işləyir. Beləliklə, dövlət muzdlu işçilərin 54%-ni işlə təmin edən əsas işəgötürən kimi çıxış edir.

Ölkədə orta aylıq əmək haqqı barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

55
Teqlər:
muzdlu işçilər, muzdlu, orta aylıq nominal əmək haqqı

Azərbaycanın xarici ticarət göstəriciləri

22
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

22
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

0
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti