Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

799
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

799
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1118)

Azərbaycanın xarici ticarət göstəriciləri

11
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

11

Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası

37
(Yenilənib 17:34 21.11.2020)
Ölkədə avtomobil qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında baş verib.
İnfoqrafika: yol qəzaları
© Sputnik / Elnur Salayev

Rəsmi statistikaya görə, 2020-ci ilin yanvar-sentyabr aylarında baş vermiş yol qəzalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb. Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən indiyə kimi yollarda 1145 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə, 1527 nəfər zərər çəkib ki, bu da keçən ilin göstəricilərindən 12% azdır. Avtomobil qəzalarında 504 nəfər ölüb, 1023 nəfər yaralanıb. Üstəlik, qəzaların yarıdan çoxu sutkanın qaranlıq saatlarında baş verib

Yol qəzalarının 89,3 faizi yaşayış məntəqələrinin ərazisində və ya yaxınlığında qeydə alınıb.

Bununla yanaşı, 2020-ci ilin üç rübü ərzində yol polisi tərəfindən 2,8 milyondan çox qayda pozuntusu qeydə alınıb. İlk üçlüyə sürət həddini aşma, avtomobili qadağan olunmuş yerdə park etmə, yol nişanlarına əməl etməmə kimi qayda pozuntular daxildir. Sürücülər tərəfindən ödənilən cərimələr nəticəsində dövlət büdcəsinə 93,2 milyon manat vəsait daxil olub.

Ölkə yollarındakı vəziyyətlə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasından daha geniş məlumat əldə etmək olar.

37
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər