İşğal olunmuş ərazilərdəki Azərbaycan abidələri

2670
(Yenilənib 14:52 09.10.2020)
Azərbaycanın çox sayda mədəni irs nümunələri Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşir, bu abidələrin bir çoxu ermənilər tərəfindən talan və məhv edilib
İnfoqrafika: Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələr
© Sputnik / Elnur Salayev

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində vaxtilə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən ümumilikdə 4,6 milyon kitabdan ibarət fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, mədəniyyət klubları və evləri, 85 musiqi və yaradıcılıq məktəbi mövcud olub.

Bundan başqa, işğal olunmuş ərazilərdə 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd teatr, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsindən əvvəl dövlət tərəfindən qeydiyyata alınmış 700-dən çox tarixi və mədəni abidə, o cümlədən Cəbrayıl bölgəsində 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər bölgəsində Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunda Xaçın Türbətli (XIV əsr) abidəsi, dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan Füzuli bölgəsindəki Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yerləşirdi.

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən ən məşhur tarixi abidələri Sputnik Azərbaycan-ın infoqrafikasında.

2670
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (884)
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan hər dəfə ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır"
Şuşada kilsəni biz dağıtmamışıq, amma siz Gəncədə İmamzadəni vurmusuz - Müdafiə Nazirliyi
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət edib
Ermənistanın Gəncəni atəşə tutması nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı məktəblər

94
(Yenilənib 08:35 30.10.2020)
Tədris müəssisələri bərpa olunandan sonra şagirdlər yenidən Azərbaycanın işğaldan azad olunmuş rayonlarındakı məktəblərə qayıdacaqlar.
İnfoqrafika: İşğaldan azad edilmiş torpaqlarındakı təhsil ocaqları
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa işləri aparılacaq və həmin rayonlarda həyat yenidən canlanmağa başlayacaq.

İşğaldan azad edilmiş torpaqlarda təhsil müəssisələrinin fəaliyyətinin bərpası bu işin bir parçası olacaq. Tezliklə sözügedən ərazilərdəki məktəblərin uzun fasilədən sonra öz qapılarını neçə şagirdin üzünə açacağını Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərsiniz.

Hazırlanmış materialda məktəblərin, əvvəllər orada işləyən müəllimlərin və bu məktəblərdə təhsil alan  şagirdlərin sayı barədə məlumatlarla da tanış ola bilərsiniz.

94

Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda

2808
(Yenilənib 08:32 27.10.2020)
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim bütün dünyada on illər boyu populyarlıq və tamaşaçı sevgisi qazanan Azərbaycan filmindən söhbət açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminin premyerası 1945-ci ilin oktyabr ayında baş tutub. Elə həmin il ekran əsəri Stalin mükafatına layiq görülüb.

“Arşin mal alan” musiqili filmini zaman keçdikcə XX əsrin əvvəlindəki Azərbaycan həyat tərzinin ensiklopediyası saymağa başladılar. Kollektiv bütün zamanların filmini yaradıb desək, yanılmarıq. Onu ərsəyə gətirənlər arasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun, bəstəkar Niyazinin adını çəkmək yetər. Hələ rolları paylaşan aktyorlar... Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (Məşədi İbad) yaratdıqları obrazlar sanki beynimizə həkk olunub, doğmalarımıza çevrilib.

Romantik əhvalat üzərində qurulan, yumor və mahnıyla dolu film haqda daha ətraflı Cəbiş müəllimin dilindən eşidək.

2808
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusu Ermənistan ərazilərini atəşə tutmur, cavab tədbiri görür - MN

0
(Yenilənib 22:50 31.10.2020)
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

0
Teqlər:
Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu, Ermənistan, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi Əsgəran, Ağdərə və Xocavəndin bombalanması barədə
Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi
Müdafiə Nazirliyi Xocalıdakı Qarabulaq kəndi ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi