Elektromobillər: Azərbaycanda enerjiyükləmə stansiyaları

43
(Yenilənib 18:23 11.09.2020)
Sputnik Azərbaycan-ın infoqrafikasında Azərbaycan Respublikasında elektromobillər və enerjiyükləmə stansiyaları ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.
İnfoqrafika: Elektromobillər və enerjitoplama stansiyaları
© Sputnik / Elnur Salayev

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 21917 avtomobil idxal edilib ki, bu da 2019-cu illə müqayisədə 22% çoxdur.

2020-ci ilin altı ayı ərzində ölkəyə 4,229 min manat dəyərində cəmi 82 elektromobil idxal edilib. Bu isə ümumi avtomobillərin cəmi 0,3%-ni təşkil edir.

Bunlarla yanaşı, təkcə may ayında Azərbaycana 3,117 min dollar dəyərində 62 elektromobil gətirilib.

Bu gün Azərbaycanda 24 yanacaqdoldurma stansiyasında (YDS) elektromobillərin enerji yükləməsi üçün qurğular quraşdırılıb. Elektromobillərin enerjiyükləmə stansiyaları təkcə paytaxtda deyil, regionlarda - Sumqayıt, Quba, Kürdəmir, Şəki, Şamaxı, Gəncə, Salyan və Ələtdə də mövcuddur.

Azərbaycandakı elektromobil sahibləri öz "dəmir at"larını cəmi 12 dəqiqəyə və tamamilə pulsuz enerji ilə təchiz edə bilərlər.

Azərbaycan Respublikasında elektromobillər və enerjitoplama stansiyaları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

43
Teqlər:
enerji, stansiya, elektromobil

Cəbiş müəllim təqdim edir: Əfsanəvi partizan "Armed Mişel” yüz yaşında

1527
(Yenilənib 10:54 21.09.2020)
Cəbrayılovlar ailəsinin iki üzvü müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə adını tarixə yazdırmağı bacarıb.

Şəkinin Oxud kəndində yaşayan Cəbrayılovlar ailəsindən İkinci Dünya müharibəsinə könüllü olaraq 4 nəfər yollanıb. Onlardan ikisi müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə - Əhmədiyyə Cəbrayılov adını tarixə yazdırmağı bacarıb.

Cəbiş müəllim bu dəfə yüz yaşına çatmış əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında danışır.

1527

Bakı sakinləri taksidən necə istifadə edirlər

38
(Yenilənib 11:40 22.09.2020)
Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.
İnfoqrafika: Taksidən istifadə
© Sputnik / Elnur Salayev

Bakı sakinləri taksi xidmətlərindən aktiv istifadə edirlər. Ancaq bu bazarda bir sıra problemlər var ki, onların da Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni ictimai nəqliyyatın inkişafı konsepsiyası ilə həlli planlaşdırılır.

Müstəqil Media Təhlil Mərkəzi paytaxtımızda 600-dən çox insanın iştirakı ilə sorğu keçirib. Bakı sakinlərinə taksi xidmətlərindən tez-tezmi istifadə etdikləri, necə sifariş verdikləri, ödənişi necə gerçəkləşdirdikləri və bu xidmətlərə həftədə nə qədər pul xərclədikləri barədə suallar verilib. Sorğu məlumatlarına görə, rəyi soruşulanların 60%-i gündəlik və ya həftədə bir neçə dəfə taksidən istifadə edir. Elə bu qədər insan da ödənişi nağd pulla edir. 

BNA tariflərin qeyri-müəyyənliyi, haqsız rəqabət, xidmət keyfiyyətinin yarıtmazlığı, taksi sürücüləri üçün rentabelliyin aşağı olması, bu sahədəki fiziki və hüquqi şəxslərin, çağrı mərkəzlərinin hüquqi statusunun qeyri-müəyyənliyi  kimi problemləri qabardıb. Ancaq sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64%-i taksiləri mobil tətbiqlərin köməyilə sifariş verib.

Bakılıların taksidən necə istifadə etdikləri barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

38
Teqlər:
Bakı Nəqliyyat Agentliyi, BNA, taksi, Bakı
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclis qanunları təzələyəcək - Vergi Məcəlləsini yenə dəyişirlər

0
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyinə 22 məsələ daxil edilib: Təhsil qanunvericiliyi və bir neçə Məcəllədə dəyişiklik ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında.

3. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.

4. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "İşsizlikdən sığorta haqqında" və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasınin qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

14. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

15. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

21. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

22. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

0
Əlaqədar
Milli Məclis təcili toplaşır –  Deputatları məzuniyyətdən geri çağırıblar
Milli Məclis toplanır - Büdcəyə dəyişiklik ediləcək
Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib