Azərbaycanın qəhrəman jurnalistləri

2181
(Yenilənib 17:46 28.08.2020)
Ölkəmizin şəhid, Milli Qəhrəman olan jurnalistləri haqda məlumatları Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında oxuya bilərsiniz
İnfoqrafika: Qəhrəman jurnalistlərimiz
© Sputnik / Elnur Salayev

Bir gündə doğulub, bir gündə ölmədilər, ancaq hamısı Vətən üçün bir qəhrəman oldu.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Fuad oğlu Mustafayevin anadan olmasından 60 il ötür. Məhz Çingiz Mustafayevin Xocalı qətliamı haqqında çəkdiyi filmlə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Ümumilikdə Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib.

Bundan əlavə, Çingiz Mustafayevin əsasını qoyduğu "215 KL" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasına vasitəçi olub.

O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi yarasından həlak olub. Bundan bir neçə ay sonra Çingiz Mustafayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

1992-ci il noyabrın 6-da Prezident fərmanı ilə Ç.Mustafayevlə yanaşı, daha bir neçə jurnalistimiz bu yüksək ada layiq görüldü. Amma təəssüf ki, onların heç biri həyatda deyildi.

Ölkəmizin şəhid, Milli Qəhrəman olan jurnalistləri haqda məlumatları Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında oxuya bilərsiniz.

2181

Bakı sakinləri taksidən necə istifadə edirlər

16
(Yenilənib 17:14 18.09.2020)
Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.
İnfoqrafika: Taksidən istifadə
© Sputnik / Elnur Salayev

Bakı sakinləri taksi xidmətlərindən aktiv istifadə edirlər. Ancaq bu bazarda bir sıra problemlər var ki, onların da Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni ictimai nəqliyyatın inkişafı konsepsiyası ilə həlli planlaşdırılır.

Müstəqil Media Analitika Mərkəzi paytaxtımızda 600-dən çox insanın iştirakı ilə sorğu keçirib. Bakı sakinlərinə taksi xidmətlərindən tez-tezmi istifadə etdikləri, necə sifariş verdikləri, ödənişi necə gerçəkləşdirdikləri və bu xidmətlərə həftədə nə qədər pul xərclədikləri barədə suallar verilib. Sorğu məlumatlarına görə, rəyi soruşulanların 60%-i gündəlik və ya həftədə bir neçə dəfə taksidən istifadə edir. Elə bu qədər insan da ödənişi nağd pulla edir. 

BNA tariflərin qeyri-müəyyənliyi, haqsız rəqabət, xidmət keyfiyyətinin yarıtmazlığı, taksi sürücüləri üçün rentabelliyin aşağı olması, bu sahədəki fiziki və hüquqi şəxslərin, çağrı mərkəzlərinin hüquqi statusunun qeyri-müəyyənliyi  kimi problemləri qabardıb. Ancaq sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64%-i taksiləri mobil tətbiqlərin köməyilə sifariş verib.

Bakılıların taksidən necə istifadə etdikləri barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

16
Teqlər:
Bakı Nəqliyyat Agentliyi, BNA, taksi, Bakı

Azərbaycanda tədris prosesinin təşkili

1142
Azərbaycanda 4 mindən çox məktəb pandemiya dövründə məktəbliləri qəbul etməyə hazırlaşır. Təhsil müəssisələrinin qapısından ilk olaraq birinci sinif şagirdləri keçəcək.
İnfoqrafika: Yeni tədris ili
© Sputnik / Elnur Salayev

Sentyabrın 15-dən Azərbaycanda bir qədər qeyri-adi tədris ili başlayır: 165 mindən çox birinci sinif şagirdi ənənəvi məktəb sıralarına düzülmədən üzlərində maska, əyinlərində isə pandemiya dövründə bir növ qoruyucu kostyum olacaq forma ilə birbaşa parta arxasına keçəcəklər.

Tədris müəssisələrinə girişdə məktəbliləri sanitayzer və termometrlə adam gözləyəcək və ən kiçik nasazlıq əlamətləri olan uşaqlar geri qaytarılacaqlar.

"Hərəyə bir parta" – müəllimlər şagirdləri siniflərdə təxminən bu prinsipi əsas tutaraq oturdacaqlar ki, onlar arasında mümkün olan maksimum sosial məsafəni təmin etsinlər.

Bu il müəllimlərin, şagirdlərin və onların valideynlərinin üzərinə əsl sınaq düşür. Müəllimlər həftədə dörd dərs ərzində bir neçə yeni mövzunu öz yetirmələrinə çatdırmalıdırlar ki, onlar da proqramı artıq evdə mənimsəyə bilsinlər. Qalan yük valideynlərin üzərinə düşür. Təhsil Nazirliyində xəbərdarlıq ediblər ki, geridə qalan uşaqlar gələn ilə sinifdə saxlanılacaqlar.

Nazirlik özü məktəblilər üçün məkanı mümkün qədər genişləndirmək üçün məktəbləri fəal şəkildə inşa və təmir etməyə davam edir.

Yeni tədris ilində məktəb və şagirdlərin sayı haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında tapa bilərsiniz.

1142
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

0
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

0
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub