Pulumuzu nəyə xərcləyirik?

1635
(Yenilənib 11:11 25.08.2020)
Azərbaycanda il ərzində qida məhsullarının dəyəri 5%, alkoqollu içkilərin qiyməti 2.8% artıb, tütün məhsulları isə 15.1% bahalaşıb.
İnfoqrafika: İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında
© Sputnik / Elnur Salayev

Rəsmi məlumatlara görə, Azərbaycanda istehlak malları və xidmətlərinin illik qiyməti o qədər də çox artmayıb: 2020-ci ilin yanvar-iyul aylarında inflyasiya ötən ilin analoji dövrü ilə müqayisədə cəmi 2.9% olub.

Eyni zamanda ərzaq məhsullarının qiyməti illik 5.3%, qeyri-ərzaq məhsullarının – 1.3%, xidmətlərin haqqı 1% artıb.

Ötən ilə nisbətdə istehlak məhsulları arasında ərzağın qiyməti 5%, alkoqollu içkilərin qiyməti 2,8%, tütün məhsulları 15.1% bahalaşıb.

Azərbaycanın istehlak bazarındakı dəyişikliklərlə bağlı daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında öyrənə bilərsiniz. 

 

1635

Ən sürətli internet kimdədir?

906
(Yenilənib 18:38 14.01.2021)
Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.
© Sputnik / Elnur Salayev

İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.

Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə  bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.

Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.

906

Avropada kimin ordusu daha güclüdür

1872
(Yenilənib 23:44 11.01.2021)
Sərəncamında ən təsirli hərbi qüvvələrin mövcud olduğu Avropa ölkələrinin xüsusi xəritəsi tərtib olunub.
© Sputnik / Elnur Salayev

Güclü ordu hər zaman dövlətin ən vacib elementlərindən biri hesab olunub və müxtəlif ixtisaslaşmış nəşrlər, analitik qruplar vaxtaşırı silahlı qüvvələrin gücü baxımından ölkələrin tematik reytinq cədvəllərini hazırlayır. Sputnik Azərbaycan-ın infoqrafikası Avropa ölkələrinin ən güclü ordularının xəritəsini əks etdirir.

Gözlənildiyi kimi, reytinq cədvəlində hərbi gücünə görə lider ölkə Rusiya Federasiyasıdır, sonrakı yerləri isə Qərbi Avropanın iki ölkəsi tutur: Fransa və Böyük Britaniya.

Mövcud reytinq cədvəli yalnız hərbi texnikanın kəmiyyət göstəriciləri və hərbçilərin sayı əsasında tərtib edilmir. Analitiklər neft məhsulları ilə təchizat, infrastrukturun inkişafı və bir sıra başqa amilləri də nəzərə alıblar. Ümumilikdə, reytinq 50 göstərici əsasında müəyyən olunur.

1872
Teqlər:
reytinq, güclü, ordu, Avropa
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

0
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

0