TRASECA-nın Azərbaycan üzrə yük dövriyyəsi

931
(Yenilənib 11:04 17.08.2020)
Bu ilin altı ayı ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiz.
İnfoqrafika: Azərbaycanda tranzit yük dövriyyəsi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 21687,1 min ton təşkil edib. AR Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yük dövriyyəsi 4877,8 milyon ton-km olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,7 faiz və 8,0 faiz azalma müşahidə olunub.

Yüklərin 12590,7 min tonu və ya 58,1 faizi avtomobil nəqliyyatı, 6515,1 min tonu və ya 30,0 faizi dəmir yolu nəqliyyatı, 2581,3 min tonu və ya 11,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,0 faizini və ya 4332,0 min tonunu tranzit yüklər təşkil edib.

Bu ilin altı ayı ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiz.

931

Cəbiş müəllim təqdim edir: Əfsanəvi partizan "Armed Mişel” yüz yaşında

1492
(Yenilənib 10:54 21.09.2020)
Cəbrayılovlar ailəsinin iki üzvü müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə adını tarixə yazdırmağı bacarıb.

Şəkinin Oxud kəndində yaşayan Cəbrayılovlar ailəsindən İkinci Dünya müharibəsinə könüllü olaraq 4 nəfər yollanıb. Onlardan ikisi müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə - Əhmədiyyə Cəbrayılov adını tarixə yazdırmağı bacarıb.

Cəbiş müəllim bu dəfə yüz yaşına çatmış əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında danışır.

1492

Bakı sakinləri taksidən necə istifadə edirlər

37
(Yenilənib 11:40 22.09.2020)
Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.
İnfoqrafika: Taksidən istifadə
© Sputnik / Elnur Salayev

Bakı sakinləri taksi xidmətlərindən aktiv istifadə edirlər. Ancaq bu bazarda bir sıra problemlər var ki, onların da Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni ictimai nəqliyyatın inkişafı konsepsiyası ilə həlli planlaşdırılır.

Müstəqil Media Təhlil Mərkəzi paytaxtımızda 600-dən çox insanın iştirakı ilə sorğu keçirib. Bakı sakinlərinə taksi xidmətlərindən tez-tezmi istifadə etdikləri, necə sifariş verdikləri, ödənişi necə gerçəkləşdirdikləri və bu xidmətlərə həftədə nə qədər pul xərclədikləri barədə suallar verilib. Sorğu məlumatlarına görə, rəyi soruşulanların 60%-i gündəlik və ya həftədə bir neçə dəfə taksidən istifadə edir. Elə bu qədər insan da ödənişi nağd pulla edir. 

BNA tariflərin qeyri-müəyyənliyi, haqsız rəqabət, xidmət keyfiyyətinin yarıtmazlığı, taksi sürücüləri üçün rentabelliyin aşağı olması, bu sahədəki fiziki və hüquqi şəxslərin, çağrı mərkəzlərinin hüquqi statusunun qeyri-müəyyənliyi  kimi problemləri qabardıb. Ancaq sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64%-i taksiləri mobil tətbiqlərin köməyilə sifariş verib.

Bakılıların taksidən necə istifadə etdikləri barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

37
Teqlər:
Bakı Nəqliyyat Agentliyi, BNA, taksi, Bakı
Suriyada terrorçulardan azad edilən Yarmuk düşərgəsi, arxiv şəkli

Suriyada azərbaycanlı uşaqlar işgəncələrə məruz qalırlar - Ombudsman

0
(Yenilənib 19:06 22.09.2020)
Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

BAKI, 22 sentyabr — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Arian Bauer və əvvəlki rəhbəri Elena Aymone Sesseranı qəbul edib.

Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından bildirilib. Qeyd edilib ki, Səbinə Əliyeva rəhbərlik etdiyi təsisatın fəaliyyət dövrü ərzində beynəlxalq təşkilatlarla, o cümlədən BQXK və bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

Təsisatın fəaliyyəti haqqında qonağa geniş məlumat verən Müvəkkil COVID-19 pandemiyası ilə əlaqədar təsisatda müvəqqəti olaraq insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin elektron formada, qaynar xətt və sosial şəbəkələr vasitəsilə qəbulunun davam etdirildiyini qeyd edib.

Müvəkkil Suriya Ərəb Respublikasında davam edən vətəndaş müharibəsində iştirak etmək və silahlı dəstələrə qoşulmaq üçün ailələri ilə birlikdə həmin ölkəyə gedən, müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan Respublikası vətəndaşlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların hazırda həmin ölkənin müxtəlif ərazilərində yerləşən çadır düşərgələrində əsir və girov kimi saxlanıldıqlarını bildirib. O qeyd edib ki, yaralılar və xəstələr düşərgədə tibbi yardımdan kənarda qalaraq baxımsız vəziyyətdədirlər, müvafiq əraziyə nəzarət edən qanunsuz silahlı dəstələr tərəfindən həmin düşərgədə saxlanılan uşaqlar işgəncələrə məruz qalır, zor tətbiq edilməklə ailələrindən alınır və ya oğurlanırlar. Müvəkkilin sözlərinə görə, Suriyada əsir və girovların saxlanıldıqları çadır düşərgələrində vəziyyət artıq humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyəyə çatıb.

Səbinə Əliyeva qeyd olunanları nəzərə alaraq BQXK-nın mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq, hazırda Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması və ailələrinə qovuşması istiqamətində tədbirlər görülməsi üçün dəstək verilməsini xahiş edib.

Müvəkkil, həmçinin 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlandığını və aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlandığını, ancaq bu günə qədər həmin insanların girovluqdan azad olunmadığını, kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpa olunmadığını və bununla bağlı Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini təəssüflə qeyd edib.

Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Qonaq öz növbəsində regionlarda beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması üçün birgə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.

0
Teqlər:
işgəncə, qadın, uşaq, girov, düşərgə, Suriya
Əlaqədar
Rusiyada terrorçuları cəlb edərək Suriyaya göndərən kanal aşkar edilib
"Amerikalılar, evinizə gedin!": Suriyada nə baş verir
DTX "Ceyşullah"ın tərkibində vuruşmuş şəxsi həbs etdi
Pakistanda tutulub Bakıya gətirilən terrorçuya hökm oxundu