Azərbaycanın qeyri-neft ixracatı: lider dövlət şirkətləri

1099
(Yenilənib 20:32 10.08.2020)
Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.
İnfoqrafika: Qeyri-neft sektorunda ixracatçı dövlət müəssisələri
© Sputnik / Elnur Salayev

Statistika qeyri-neft sektorunda fəaliyyət göstərən dövlət şirkətlərinin ixrac göstəricilərini hesablayıb: Milli reytinqə üç enerji və hasilat müəssisəsi rəhbərlik edir.

Son statistik məlumatlara görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru məhsullarını ixrac edən dövlət şirkətlərinin reytinqinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadi əməliyyatlar və marketinq şöbəsi başçılıq edib. O, xaricə 71,1 milyon dollarlıq məhsul satıb.

SOCAR-ın ən yaxın təqibçisi qismində dünya bazarlarına 43,1 milyon dollarlıq məhsul ixrac edən "AzerGold" qızıl hasilatı şirkəti çıxış edir.

Dövlət şirkətləri arasında ixracda ən uğurlu üçlüyü energetika sektorunun nümayəndəsi "Azərenerji" ASC bağlayır.

Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

1099

Cəbiş müəllim təqdim edir: Əfsanəvi partizan "Armed Mişel” yüz yaşında

1526
(Yenilənib 10:54 21.09.2020)
Cəbrayılovlar ailəsinin iki üzvü müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə adını tarixə yazdırmağı bacarıb.

Şəkinin Oxud kəndində yaşayan Cəbrayılovlar ailəsindən İkinci Dünya müharibəsinə könüllü olaraq 4 nəfər yollanıb. Onlardan ikisi müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə - Əhmədiyyə Cəbrayılov adını tarixə yazdırmağı bacarıb.

Cəbiş müəllim bu dəfə yüz yaşına çatmış əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında danışır.

1526

Bakı sakinləri taksidən necə istifadə edirlər

38
(Yenilənib 11:40 22.09.2020)
Bakının nəqliyyat işçiləri yeni bazar konsepsiyası hazırlayırlar. Onlar qeyri-müəyyən tariflər, haqsız rəqabət, aşağı xidmət keyfiyyəti kimi problemləri həll etmək niyyətindədirlər.
İnfoqrafika: Taksidən istifadə
© Sputnik / Elnur Salayev

Bakı sakinləri taksi xidmətlərindən aktiv istifadə edirlər. Ancaq bu bazarda bir sıra problemlər var ki, onların da Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni ictimai nəqliyyatın inkişafı konsepsiyası ilə həlli planlaşdırılır.

Müstəqil Media Təhlil Mərkəzi paytaxtımızda 600-dən çox insanın iştirakı ilə sorğu keçirib. Bakı sakinlərinə taksi xidmətlərindən tez-tezmi istifadə etdikləri, necə sifariş verdikləri, ödənişi necə gerçəkləşdirdikləri və bu xidmətlərə həftədə nə qədər pul xərclədikləri barədə suallar verilib. Sorğu məlumatlarına görə, rəyi soruşulanların 60%-i gündəlik və ya həftədə bir neçə dəfə taksidən istifadə edir. Elə bu qədər insan da ödənişi nağd pulla edir. 

BNA tariflərin qeyri-müəyyənliyi, haqsız rəqabət, xidmət keyfiyyətinin yarıtmazlığı, taksi sürücüləri üçün rentabelliyin aşağı olması, bu sahədəki fiziki və hüquqi şəxslərin, çağrı mərkəzlərinin hüquqi statusunun qeyri-müəyyənliyi  kimi problemləri qabardıb. Ancaq sorğunun nəticələrinə görə, rəyi soruşulanların 64%-i taksiləri mobil tətbiqlərin köməyilə sifariş verib.

Bakılıların taksidən necə istifadə etdikləri barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiniz.

38
Teqlər:
Bakı Nəqliyyat Agentliyi, BNA, taksi, Bakı
Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

0
(Yenilənib 01:16 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

0
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"