Azərbaycanın dövlət borcu azalıb

1814
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

1814

Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

32
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanın Dövlət Büdcəsi

1976
(Yenilənib 01:04 18.10.2020)
Gələn il dövlət büdcəsində kəsirin 3.368 milyard manatdan 1.52 milyar manatadək azalacağı gözlənilir
İnfoqrafika: Azərbaycanın büdcəsi
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin layihəsinə əsasən, gəlirlər 24.327 milyard manat həcmində proqnozlaşdırılır, bu isə 2020-ci ilin proqnozundan 0.8% çoxdur.

Azərbaycan dövlət büdcəsinin gələn il üçün layihəsinə “Büdcə sistemi haqda” mövcud qanuna görə, oktyabrın 15-dən Azərbaycan Respublikasının Milli Məclisində baxılacaq.

2021-ci ildə xəzinənin xərclərinin 25.847 milyard manat olacağı gözlənilir, bu isə hökumətin 2020-ci ildə xərcləməyi planlaşdırdığından 6% azdır.

Nəticədə gələn ilin büdcəsində kəsir 2020-ci illə müqayisədə 3.368 milyard manatdan 1.52 milyard manatadək azalacaq. 2021-ci ildə Azərbaycanın Ümummilli Daxili Məhsulu 75.4 milyard manata çatmalıdır.  

Azərbaycanın 2020 və 2021-ci il üçün büdcəsi barədə daha dolğun məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında izləyin.

1976
Polis əməkdaşları, arxiv şəkli

Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

0
"Xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək".

BAKI, 21 oktyabr — Sputnik. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

"Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng mərkəzinə məlumat verilməlidir", - deyə məlumatda bildirilir.

Nazirliyinin məlumatında həmçinin qeyd olunur: "Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək".

0