Azərbaycanda pərakəndə ticarət

388
(Yenilənib 10:53 22.07.2020)
2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18245,7 milyon manatlıq mal satılıb. Bu dövrdə ölkənin əmtəə bazarındakı göstəricilərlə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
İnfoqrafika: Ticarət dövriyəsi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18245,7 milyon manatlıq, o cümlədən 9729,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8516,0 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,8 dəfə cox olub.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,0 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Cari ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 23,5 faizi ticarət müəssisələri, 50,4 faizi fərdi sahibkarlar tərəfindən, 26,1 faizi isə bazar və yarmarkalarda satılılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 15,1 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz artıb, bazar və yarmarkalarda isə 17,2 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb.

Bu dövrdə ölkənin əmtəə bazarındakı göstəricilərlə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

388

Azərbaycan kinosunun əfsanəsi: Cəbiş müəllim “Arşın mal alan” haqda

66
(Yenilənib 08:32 27.10.2020)
Sputnik Azərbaycan-ın layihəsinin növbəti buraxılışında Cəbiş müəllim bütün dünyada on illər boyu populyarlıq və tamaşaçı sevgisi qazanan Azərbaycan filmindən söhbət açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminin premyerası 1945-ci ilin oktyabr ayında baş tutub. Elə həmin il ekran əsəri Stalin mükafatına layiq görülüb.

“Arşin mal alan” musiqili filmini zaman keçdikcə XX əsrin əvvəlindəki Azərbaycan həyat tərzinin ensiklopediyası saymağa başladılar. Kollektiv bütün zamanların filmini yaradıb desək, yanılmarıq. Onu ərsəyə gətirənlər arasında rejissorlar Rza Təhmasib və Nikolay Leşşenkonun, bəstəkar Niyazinin adını çəkmək yetər. Hələ rolları paylaşan aktyorlar... Münəvvər Kələntərlinin (Cahan xala), Ələkbər Hüseynzadənin (Soltan bəy), Leyla Bədirbəylinin (Gülçöhrə), Rəşid Behbudovun (Əsgər), İsmayıl Əfəndiyevin (Süleyman), Lütfəli Abdullayevin (Vəli), Fatma Mehrəliyevanın (Telli), Rəhilə Mustafayevanın (Asya), Mirzəağa Əliyevin (Məşədi İbad) yaratdıqları obrazlar sanki beynimizə həkk olunub, doğmalarımıza çevrilib.

Romantik əhvalat üzərində qurulan, yumor və mahnıyla dolu film haqda daha ətraflı Cəbiş müəllimin dilindən eşidək.

66

Müharibə xronikası: Ermənistan SQ-nin itkiləri

3030
(Yenilənib 09:52 24.10.2020)
Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı başlayan gündən indiyə kimi düşmənin xeyli sayda hərbi texnikasını məhv edib.
İnfoqrafika: Ermənistan SQ-nin məhv edilmiş hərbi texnikası
© Sputnik / Elnur Salayev

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğurla davam edir - düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsən özü Azərbaycan xalqına müraciətlərində döyüşlər zamanı Ermənistan SQ-nin məruz qaldığı hərbi itkilər barədə məlumatları səsləndirir.

Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının sayı günbəgün artır. Oktyabrın 20-də xalqa müraciət edən Azərbaycan lideri bildirib ki, düşmənin məhv edilmiş S-300 buraxılış qurğusunun sayı əvvəl xəbər verildiyi kimi iki deyil, dörd ədəd olub.

Rəsmi məlumatlara görə, bundan başqa, ermənilərin xeyli sayda hərbi sursatı – yüzlərlə tank, artilleriya qurğusu, nəqliyyat vasitələri, onlarla zenit-raket kompleksi və başqa hərbi texnikası sıradan çıxarılıb.

Ermənistan SQ-nin Qarabağda döyüş əməliyyatlarının başladığı gündən 23 oktyabr tarixinə qədər olan bütün itkiləri barədə məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

3030
Teqlər:
itkilər, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

0
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"