Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın su ehtiyatları

Abunə olmaq
Azərbaycanda hər il müxtəlif təyinatlı təxminən 4 milyard kub metr su çatışmır. Bundan əlavə, ölkənin əsas çayları qonşu ölkələrdə çirkləndirilir. Bu və bir çox başqa məsələlər Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında.

Su həyatdır. Qlobal istiləşmə dövründə bu ifadə daha da aktuallaşır və hətta ölkələrin su təhlükəsizliyi məsələsi ön plana çıxır.

Azərbaycan, təəssüf ki, həmişə su çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

Ölkəmizdə səth sularının yalnız 30%-i respublikanın ərazisində formalaşır. Nəzərə alsaq ki, ölkənin əsas çayları olan Kür və Araz qonşu Ermənistanla Gürcüstanın ərazisində çirkləndirilir, Azərbaycan üçün su ehtiyatlarının qorunub saxlanması məsələsi daha da aktual olur.

Öz xüsusi infoqrafikasında Sputnik Azərbaycan ölkənin su resurslarından bəhs edir.

Xəbər lenti
0