Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir

1718
(Yenilənib 15:41 30.06.2020)
Koronavirus pandemiyası daşınmaz əmlak bazarında müştərilərin çoxillik meyllərini dəyişməyi bacarıb. Amma ən bahalı sahələr hələ də Avropa, Avstraliya və ABŞ-dadır.
İnfoqrafika: Müxtəlif ölkələrdə yaşayış binalarının qiymətləri
© Sputnik / Elnur Salayev

 

Aylıq mənzil kirayələmək oteldə gündəlik otaq kirayələməkdən sərfəlidir. İş və ya təhsil yerinin yaxınlığında mənzil kirayə etmək isə daha praktikdir. Bir çox ölkələrdə isə mənzili çoxillik icarəyə götürmək onu almaqdan əlverişli sayılır. Çünki borca girib mənzil almaq baha başa gəlir, onun illik vergiləri də böyük həcmdədir.

Məsələn, açıq mənbələrin məlumatına görə, sahəsi 50 kvadratmetrə yaxın olan kiçik bir mənzili icarəyə götürmək İsveçrədə orta hesabla 1500 ABŞ dollarına, Avstraliyada və Böyük Britaniyada bundan bir qədər aşağı qiymətə, Şərqi Avropa ölkələrinin şəhərlərində isə 700-900 dollara başa gələcək. Azərbaycanda isə ikiotaqlı mənzili kirayələmək orta hesabla 280 dollara başa gəlir.

Koronavirus pandemiyası həyatın bu sahəsinə də müəyyən düzəlişlər edib. Ümumi özünütəcridin fonunda mənzillərə olan tələb və qiymətlər dəyişib. Əgər əvvəllər insanlar vaxta və pula qənaət etmək üçün iş və təhsil yerlərinə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirdilərsə, indi karantin dövrünü daha rahat şəraitdə ailəsi ilə birlikdə keçirmək üçün mənzərəli bir ərazidə həyətyanı sahəsi olan evlərə üstünlük verirlər.

Belə əhval-ruhiyyə şəhərkənarı evlərin nisbi bahalaşması fonunda şəhərin mərkəzindəki evlərin qiymətlərinin düşməsinə gətirib çıxarıb. 

Dünyada baş verən ümumi tendensiya Azərbaycandan da yan keçə bilməzdi. Xüsusilə, kirayə qiymətlərinin kəskin bahalaşması Bakı ətrafındakı evlərin qiymətlərində hiss olunur. Şəhər əhalisi karantinlə əlaqədar bölgələrə getmək imkanı olmadığından, ailəsi ilə daha təhlükəsiz yerlərə getmək, açıq havada istirahət etmək üçün optimal variantlar axtarırlar. Ekspertlərin qiymətləndirməsinə görə, son aylardakı karantin dövründə paytaxtın sahilyanı qəsəbələrində mənzillərin dəyəri 2,7% artıb.

Dünyanın ən bahalı şəhər və küçələrində evlərin bir kvadratmetrinin və icarə haqlarının məbləği barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan əldə edə bilərsiniz.

1718

Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

12
(Yenilənib 00:41 22.01.2021)
Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.
İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
© Sputnik / Elnur Salayev

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci yarısı artıq geridə qalıb və bombardirlərin siyahısında Bakının "Neftçi" komandasının hücumçusu Namiq Ələsgərov liderdir. O, çempionatın 13 turu ərzində 8 qol vurub. "Qarabağ"ın oyunçuları Mahir Əmrəli və Filip Ozobiç isə öz hesablarına 7 qol yazdıra biliblər.

Lakin hazırkı oyunçuların göstəriciləri Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin iyirmiliyinə daxil olanların göstərdiyi nəticələrdən çox uzaqdır. Həmin futbolçuların hamısı artıq karyerasını başa vurub. Bu siyahıya 183 qolla Nazim Əliyev liderlik edir. İkinci yerdə qərar tutan Müşfiq Hüseynov ondan 58 qol geri qalır. Üçlüyü aktivində 116 qol olan Rövşən Əhmədov tamamlayır.

Yeri gəlmişkən, Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin beşliyində Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var. O, cəmi 115 qol vurub.

Azərbaycanın futbol üzrə çempionatlarının ən yaxşı bombardirlərinin tam siyahısı ilə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış olmaq mümkündür.

12

Ən sürətli internet kimdədir?

1007
(Yenilənib 18:38 14.01.2021)
Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.
© Sputnik / Elnur Salayev

İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.

Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə  bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.

Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.

1007
Bədən tərbiyəsi dərsi, arxiv şəkli

Bir fənnin əyani tədrisi dayandırılır

0
(Yenilənib 13:40 22.01.2021)
Emin Əmrullayev əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməkdən ehtiyat edirlərsə, teledərslərdən faydalana bilərlər

BAKI, 22 yanvar — Sputnik. "Tövsiyəmiz ondan ibarətdir ki, fiziki tərbiyə dərslərinin keçirilməsində fiziki təmasların çoxluğu nəzərə alınaraq bu dərslərin əyani keçirilməsi dayandırılsın".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.

V.Yaqublu məktəblərdə mərhələli təhsilə başlanıldıqdan sonra virtual dərslərin davam etdirilməsi və teledərslərin keçirilməsi məsələsinə də toxunub. O bildirib ki, övladını əyani təhsilə göndərməyən valideynlər uşaqların teledərsləri izləməsini təmin etməlidirlər: "Qeyd edim ki, əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməyəcəklərsə, bu zaman onların təhsili ilə bağlı məsuliyyəti də öz üzərlərinə götürürlər".

Təhsil naziri Emin Əmrullayev isə əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməkdən ehtiyat edirlərsə, teledərslərdən faydalana bilərlər. Nazir təhsil ilinin sonuna kimi teledərslərin davam etdiriləcəyini bildirib.

0
Teqlər:
əyani, dərs, məktəb