Bakı bazarlarında ərzağın qiyməti əl yandırır

95
(Yenilənib 10:21 26.06.2020)
Bakının supermarket və bazarlarında ərzaq məhsullarının qiymətləri ilə bağlı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan daha ətraflı məlumat əldə edə bilərsiniz.
İnfoqrafka: Məhsulların qiymətləri
© Sputnik / Elnur Salayev

Koronavirus, karantin, bağlı sərhədlər və digər məhdudiyyətlər hər şeyə, o cümlədən ölkənin ərzaq bazarına mənfi təsir göstərib.

Müşahidələrə əsasən, karantinin tətbiqi başlayandan, paytaxtdakı supermarket və bazarlarda qida məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə, bəzi hallarda hətta 30-40% artıb.

Xüsusi artım mövsüm meyvə-tərəvəzlərində, ət və süd, eləcə də dənli bitkilər və taxıl məhsullarında müşahidə edilir.

Toyuq ətinin kilosu 3.20 manatdan 4.70 manatadək, mal əti 9 manatdan 15 manatadək, qoyun əti 11.50 manatdan 16 manatadək artıb. Yaz aylarında 7 qəpiyə satılan broyler toyuqlarının yumurtası hazırda 20 qəpiyədir.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən görülən tədbirlər, sərhədlərin bağlanması, rayonlararası gediş-gəlişdə yaranmış çətinliklər istər-istəməz ölkənin ərzaq bazarına və qiymətlərə təsir göstərir. Bu barədə Sputnik Azərbaycan-ın Bakının supermarket və bazarlarında ərzaq məhsullarının qiymətləri ilə bağlı hazırladığı infoqrafikadan daha ətraflı məlumat əldə edə bilərsiniz.

95

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

453
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

453

Müxtəlif ölkələrdə mənzil kirayələmək neçəyə başa gəlir

1708
(Yenilənib 15:41 30.06.2020)
Koronavirus pandemiyası daşınmaz əmlak bazarında müştərilərin çoxillik meyllərini dəyişməyi bacarıb. Amma ən bahalı sahələr hələ də Avropa, Avstraliya və ABŞ-dadır.
İnfoqrafika: Müxtəlif ölkələrdə yaşayış binalarının qiymətləri
© Sputnik / Elnur Salayev

 

Aylıq mənzil kirayələmək oteldə gündəlik otaq kirayələməkdən sərfəlidir. İş və ya təhsil yerinin yaxınlığında mənzil kirayə etmək isə daha praktikdir. Bir çox ölkələrdə isə mənzili çoxillik icarəyə götürmək onu almaqdan əlverişli sayılır. Çünki borca girib mənzil almaq baha başa gəlir, onun illik vergiləri də böyük həcmdədir.

Məsələn, açıq mənbələrin məlumatına görə, sahəsi 50 kvadratmetrə yaxın olan kiçik bir mənzili icarəyə götürmək İsveçrədə orta hesabla 1500 ABŞ dollarına, Avstraliyada və Böyük Britaniyada bundan bir qədər aşağı qiymətə, Şərqi Avropa ölkələrinin şəhərlərində isə 700-900 dollara başa gələcək. Azərbaycanda isə ikiotaqlı mənzili kirayələmək orta hesabla 280 dollara başa gəlir.

Koronavirus pandemiyası həyatın bu sahəsinə də müəyyən düzəlişlər edib. Ümumi özünütəcridin fonunda mənzillərə olan tələb və qiymətlər dəyişib. Əgər əvvəllər insanlar vaxta və pula qənaət etmək üçün iş və təhsil yerlərinə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirdilərsə, indi karantin dövrünü daha rahat şəraitdə ailəsi ilə birlikdə keçirmək üçün mənzərəli bir ərazidə həyətyanı sahəsi olan evlərə üstünlük verirlər.

Belə əhval-ruhiyyə şəhərkənarı evlərin nisbi bahalaşması fonunda şəhərin mərkəzindəki evlərin qiymətlərinin düşməsinə gətirib çıxarıb. 

Dünyada baş verən ümumi tendensiya Azərbaycandan da yan keçə bilməzdi. Xüsusilə, kirayə qiymətlərinin kəskin bahalaşması Bakı ətrafındakı evlərin qiymətlərində hiss olunur. Şəhər əhalisi karantinlə əlaqədar bölgələrə getmək imkanı olmadığından, ailəsi ilə daha təhlükəsiz yerlərə getmək, açıq havada istirahət etmək üçün optimal variantlar axtarırlar. Ekspertlərin qiymətləndirməsinə görə, son aylardakı karantin dövründə paytaxtın sahilyanı qəsəbələrində mənzillərin dəyəri 2,7% artıb.

Dünyanın ən bahalı şəhər və küçələrində evlərin bir kvadratmetrinin və icarə haqlarının məbləği barədə daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan əldə edə bilərsiniz.

1708
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0