Azərbaycanda ipəkçilik necə inkişaf edir

2744
(Yenilənib 18:35 21.05.2020)
Azərbaycanda ipəkçiliklə bağlı ətraflı məlumatlarla tanış olmaq üçün Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikaya baxa bilərsiz.
İnfoqrafika: Azərbaycanda ipəkçilik
© Sputnik / Elnur Salayev

Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı. Şirvan əlayəti ölkəmizin tarixi ərazilərindəki ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. A­zər­bay­can­da ipək­çi­lik həm qə­dim dövrlərdə, həm də XX əsr ərzində əha­li­nin əsas fəa­liy­yət növ­lə­rin­dən bi­ri ol­ub. Ehtimal olunur ki, ipək­çi­lik­lə təx­mi­nən 2000 il­dən ar­tıq­dır ki, məş­ğul olur­lar.

Ar­tıq V-VI əsr­lər­də Azər­bay­ca­nın iq­ti­sa­diy­ya­tın­da ipək­çi­lik mü­hüm yer tut­muş­du. An­tik dövr Al­ban ta­rix­çi­si Moisey Ka­lan­kay­tuk­lu özü­nün "Al­ban ta­ri­xi" ki­ta­bın­da Kür ça­yı sa­hil­lə­rin­də çox­lu tut ağa­cı­nın bit­di­yi­ni, on­dan, əsa­sən, ipək par­ça is­teh­sa­lın­da xam­mal ki­mi is­ti­fa­də olun­du­ğu­nu gös­tər­miş­di. A­zər­bay­ca­nın tə­bii şə­rai­ti bu öl­kə­ni bir çox əsr­lər bo­yu dün­ya­nın ipək­çi­lik mər­kəz­lə­rin­dən bi­ri­nə çe­vir­miş­di. Şamaxıda, Şəkidə və Azərbaycanın di­gər gu­şə­lə­rin­də is­teh­sal olu­nan ipək par­ça­lar zən­gin tə­biət­li di­ya­rın bü­tün rəng­lə­ri­nin coş­qun­lu­ğu­nu özün­də əks et­dir­miş­di.

1990-cı illərdə SSRİ dağılandan sonra Azərbaycanda ipəkçiliyin əsasını təşkil edən barama istehsalı xeyli aşağı düşüb. Lakin son illərdə Azərbaycanda bu sahənin inkişafına yenidən diqqət ayrılmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlə hibrid ipəkqurdu sənaye toxumlarını kümdarlara pulsuz paylayır. 2020-ci ildə Nazirlik Azərbaycanın 40 rayonundan olan 6 min kümdara 20 min qutu hibrid ipəkqurdu paylayıb. Onlardan 5 min qutu (146 kq) Qax Damazlıq İpəkçilik Stansiyasında yetişdirilib. Hesablamalara görə, 300-400 kq yaş barama üçün fermerlər 2700-dən 3600 manata (kilosu 9 manatdan) qədər vəsait əldə edə bilərlər. Bu vəsaitlərin 4 manatını "Azəripək" MMC, 5 manatını isə dövlət subsidiya şəklində kümdarlara ödəyir.

İpəkçiliyin yem bazasını təşkil etmək üçün son 3 ildə Çindən gətirilmiş 3,5 mln. tut tingi rayonlarda əkilib. 2025-ci ilə qədər ölkədə barama istehsalını illik 6 min tona çatdırmaq planlaşdırılır.

Azərbaycanda ipəkçiliklə bağlı daha ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

2744

Azərbaycanın dövlət borcu azalıb

835
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

835

Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri

1235
(Yenilənib 11:16 04.08.2020)
Hər ölkənin ordusu müasir silahlar və hazırlıqlı hərbçilərlə təchiz olunmalıdır ki, vətəni istənilən hərbi müdaxilədən qoruya bilsin.
İnfoqrafika: Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri
© Sputnik / Elnur Salayev

Silahlı qüvvələr dövlət strukturunda vacib yerlərdən birini tutur, onların formalaşdırılması və inkişafına isə kifayət qədər diqqət ayırmaq vacibdir. Bu, xüsusilə ərazisində hərbi münaqişələr olan, məsələn, Azərbaycan kimi ölkələr üçün aktualdır. Təsadüfi deyil ki, müdafiə xərcləri üzrə respublikamız keçmiş İttifaq ölkələri arasında ilk üçlüyə daxildir.

Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında postsovet ölkələrinin silahlı qüvvələri və digər hərbi birləşmələrinin sayı barədə məlumat ala bilərsiniz. Bu siyahıda elə ölkələr var ki, cəmi bir neçə min hərbçi sayı ilə sizi təəccübləndirəcək.

1235
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

0
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

0