Azərbaycan sahibkarları: kim, harada ilə məşğuldur

1071
(Yenilənib 19:58 18.05.2020)
Azərbaycanda fərdi sahibkarların sayı 900 mini keçib. Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında onların hansı sahələrdə və hansı regionlarda fəaliyyət göstərdiyini öyrənmək olar.
İnfoqrafika: Azərbaycanda fərdi sahibkarların statistikası
© Sputnik / Elnur Salayev

Bir çox insanlar özləri üçün işləməyə, yalnız özlərinə hesabat verməyə və heç bir rəhbərə malik olmamağa üstünlük verirlər. Bu isə o deməkdir ki, kiçik də olsa, bizneslə məşğul olmaq lazım gələcək. Ancaq bazar iqtisadiyyatının çətinliklərinin öhdəsindən gəlmək hamıya müyəssər olmur. Ona görə də, heç də hər kəs özünü sahibkarlıqda sınamağa qərar vermir. Bu, Azərbaycan üçün də keçərlidir.

Sputnik Azərbaycan-ın infoqrafikasında respublikada nə qədər insanın xüsusi biznes sahəsinə getməyə qərar verdiyi əksini tapıb. Burada həmçinin ölkədəki fərdi sahibkarların gender nisbəti (nə qədər qadıb və kişi), onlar haqqında digər maraqlı məlumatlar öz əksini tapıb.

Ola bilsin, fərdi sahibkarlıq arasında ən populyar sahələrin sırasına avtomobil nəqliyyatının təmirinin də daxil olduğu barədə məlumat sizə maraqlı gəldi.

Daha ətraflı məlumat üçün infoqrafikaya baxın.

1071

COVID-19 necə müəyyən edilir

498
(Yenilənib 01:27 05.06.2020)
Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz
© Sputnik / Elnur Salayev

Son zamanlar dünyada çox sayda orqanizmdəki SARS-CoV-2 koronavirusunun mövcudluğunu təyin etməyə qadir olan testlər meydana gəlməkdədir. Bu gün dünyada 150-dən artıq test növü mövcuddur.

Onları iki qrupa bölmək olar. Birincisi testləşdirmə zamanı insan orqanizmində virusun mövcudluğunu və onun potensial yoluxma mənbəyi ola biləcəyini göstərənlərdir. İnfeksiyanın hal-hazırda mövcudluğunu göstərən test polimeraz zəncirvari reaksiya testidir. Bir pambıqlı çubuğun köməyi ilə xəstənin boğazından tüpürcək nümunəsi götürülür və müəyyən biokimyəvi reaksiyanın köməyi ilə genetik materialda virusun olub-olmaması müəyyən edilir.

İkincisi insanın keçmişdə koronavirusa yoluxduğunu təyin edənlərdir. Keçmişdə infeksiyanın mövcudluğunu müəyyən edən seroloji test (ELİSA) qanın içindəki virusa qarşı mübarizədə immun sistemini möhkəmləndirən antitelin mövcudluğunu göstərir. Bu zaman xəstədən bir damla qan alınır, xüsusi bir konteynerə yerləşdirilir və reagentlə qarışdırılır. Nümunə başqa rənglə boyanırsa, onda bu, prinsipcə, insanın artıq xəstə olduğu və onda virusa qarşı immunitetin yarandığı deməkdir.

Hazırda Azərbaycan üzrə koronavirusun yoluxması şübhəsi ilə yalnız üç kateqoriyalı vətəndaşları testdən keçirirlər.

Azərbaycanda koronavirus infeksiyasının aşkar edilməsi üçün hər min sakinə 30 test düşür. Testlərin sayına görə liderlik Amerika Birləşmiş Ştatlarına məxsusdur. Xəstəliyin baş verdiyi andan etibarən 18 milyondan çox test və ya hər min nəfərə 55-dən çox test keçirilib.

Bu gün insanın COVİD-19-a yoluxub-yoluxmadığını müəyyən etməyin ən əlçatan üsulu testdir.

Hələ bu yaxınlarda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildiriblər ki, yalnız xəstələrlə təmasda olan şəxsləri, həmçinin xəstəliyin aşkar şəkildə ifadə edilmiş simptomlarına malik olanları və xaricdən respublikaya gələn vətəndaşları yoxlamaqla testlərin sayını azaltmaq niyyətindədirlər.

Bu xəstəliyin mövcudluğundan şübhələnənlər Təcili və təxirəsalınmaz tibbi yardımın "103" qısa nömrəsinə zəng edərək test edilə bilərlər. Bundan sonra qısa zamanda həkimlər briqadası vətəndaşın yaşayış yerinə gedəcək və ondan laboratoriyada tədqiqat üçün nümunələr götürəcəklər. Testin nəticəsi üç gün ərzində elan edilir. Cavab birbaşa test edilən şəxsin telefonuna SMS mesajı şəklində gəlir.

Testin nəticəsi müsbət olduğu halda, xəstə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaya yerləşdirilməlidir.

Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

498
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

866
(Yenilənib 00:49 01.06.2020)
Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: Uşaqların Beynəlxalq Müdafiəsi Günü
© Sputnik / Elnur Salayev

Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda isə 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 1-də qeyd olunur. Bu gün 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qərarı ilə təsis edilib.

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyasının qərarı ilə 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.

Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir. Hazırda Azərbaycan əhalisinin 2 milyon 730 mini uşaqlardır. 

Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

866
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO