Pandemiya Azərbaycan mehmanxanaları: kim kimi?

1046
(Yenilənib 22:33 30.04.2020)
Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətinin statistikası ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz
İnfoqrafika: Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətinin statistikası
© Sputnik / Elnur Salayev

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub. Cari ilin yanvar-mart aylarında turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınıb. 

Ölkə üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 13,0% azalaraq 474,6 min olub.  Bu azalmaya əsas səbəb koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında sərhəddə məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiqi olub. 

Bununla əlaqədar olaraq, cari ilin mart ayında gecələmələrin sayında kəskin azalma baş verib. Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda gecələmələrinin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,7% azalaraq 159,7 min olub.  Belə ki, mart ayında gecələmələrin sayı fevral ayına nisbətən 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin birinci rübünə nisbətən 16,7% azalaraq 314,9 min olub ki, bu da ümumi gecələmələrin 66,4%-ni təşkil edir.

Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətinin statistikası ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

 

1046

Müharibə xronikası: Ermənistan SQ-nin itkiləri

46
(Yenilənib 09:52 24.10.2020)
Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı başlayan gündən indiyə kimi düşmənin xeyli sayda hərbi texnikasını məhv edib.
İnfoqrafika: Ermənistan SQ-nin məhv edilmiş hərbi texnikası
© Sputnik / Elnur Salayev

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğurla davam edir - düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsən özü Azərbaycan xalqına müraciətlərində döyüşlər zamanı Ermənistan SQ-nin məruz qaldığı hərbi itkilər barədə məlumatları səsləndirir.

Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının sayı günbəgün artır. Oktyabrın 20-də xalqa müraciət edən Azərbaycan lideri bildirib ki, düşmənin məhv edilmiş S-300 buraxılış qurğusunun sayı əvvəl xəbər verildiyi kimi iki deyil, dörd ədəd olub.

Rəsmi məlumatlara görə, bundan başqa, ermənilərin xeyli sayda hərbi sursatı – yüzlərlə tank, artilleriya qurğusu, nəqliyyat vasitələri, onlarla zenit-raket kompleksi və başqa hərbi texnikası sıradan çıxarılıb.

Ermənistan SQ-nin Qarabağda döyüş əməliyyatlarının başladığı gündən 23 oktyabr tarixinə qədər olan bütün itkiləri barədə məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

46
Teqlər:
itkilər, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

778
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

778
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır

0
(Yenilənib 18:20 24.10.2020)
"Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz".

 

BAKI, 24 oktyabr — Sputnik. “Bu səhər İlham Əliyev ilə telefonla danışdım. Hazırda azərbaycanlı qardaşlarımız işğal altındakı ərazilərə doğru hərəkət edirlər. Geri almağa başlayıblar”.

Anadolu agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri çıxışında Fransanı da sərt tənqid edib.

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”, - deyə o bildirib.

“Minsk qrupunda varsınız. Bu günədək nə etmisiniz? Azərbaycan ərazilərini işğaldan azad etmisiniz? Sadəcə, ermənilərə silah göndərirsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı fikirləşirsiniz. Edə bilməzsiniz, çünki səmimi deyilsiniz”, - o qeyd edib.

0