Azərbaycan kreditlərin alınmasına görə dünyada liderdir

1376
(Yenilənib 11:06 28.04.2020)
Azərbaycanın dünyanın islahatçı ölkələrinin reytinqindəki mövqeləri barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.
İnfoqrafika: Azərbaycanda dünyanın islahatçı ölkəlrə sırasında
© Sputnik / Elnur Salayev

Azərbaycan dünyanın islahatçı ölkələrinin reytinqində xeyli irəliləyib.

İslahatçı ölkələrin reytinqinə görə, 2020-ci ildə Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutub. Reytinqdə ilk üçlükdə Yeni Zelandiya, Sinqapur və Honq Konq (Çin) yer alıb.

Bu siyahıda üç Okeaniya və Cənub-şərqi Asiya ölkəsini Danimarka, Koreya və ABŞ izləyir. Qonşu Gürcüstan islahatçı dövlətlər siyahısında 7-ci yerdə qərarlaşıb. Reytinqdəki ilk onluğu isə İngiltərə, Norveç və İsveç qapadır. Sabiq Sovet İttifaqından çıxmış ölkələr içində ən islahatçı dövlət kimi Gürcüstan reytinqə başçılıq edir. Sonrakı yerlərdə ardıcıl olaraq üç Baltikyanı respublika, Qazaxıstan və Rusiya gəlir. Azərbaycan sabiq sovet respublikaları arasında islahatçılar siyahısında 8-ci yerdə, Ermənistandan cəmi 1 pillə irəlidə dayanır.

Azərbaycan “kreditin alınması” baxımından xeyli irəliləyib. 2019-cu ildə 22-ci sırada dayanan ölkəmiz 2020-ci ildə kredit islahatına görə 1-ci pilləyə yüksəlib.   

“Tikinti icazələrinin alınması” kateqoriyasında isə ölkəmiz 56 pillə irəliləyərək 61-ci yerdən 5-ci yerə yüksəlib. Elekrtik şəbəkəsinə qoşulma (80), beynəlxalq ticarət (83) və kiçik sərmayədarların qorunması (105) istiqamətlərində isə Azərbaycanın mövqeləri ürəkaçan deyil. 

Azərbaycanın dünyanın islahatçı ölkələrinin reytinqindəki mövqeləri barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

1376

COVID-19 necə müəyyən edilir

463
(Yenilənib 01:27 05.06.2020)
Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz
© Sputnik / Elnur Salayev

Son zamanlar dünyada çox sayda orqanizmdəki SARS-CoV-2 koronavirusunun mövcudluğunu təyin etməyə qadir olan testlər meydana gəlməkdədir. Bu gün dünyada 150-dən artıq test növü mövcuddur.

Onları iki qrupa bölmək olar. Birincisi testləşdirmə zamanı insan orqanizmində virusun mövcudluğunu və onun potensial yoluxma mənbəyi ola biləcəyini göstərənlərdir. İnfeksiyanın hal-hazırda mövcudluğunu göstərən test polimeraz zəncirvari reaksiya testidir. Bir pambıqlı çubuğun köməyi ilə xəstənin boğazından tüpürcək nümunəsi götürülür və müəyyən biokimyəvi reaksiyanın köməyi ilə genetik materialda virusun olub-olmaması müəyyən edilir.

İkincisi insanın keçmişdə koronavirusa yoluxduğunu təyin edənlərdir. Keçmişdə infeksiyanın mövcudluğunu müəyyən edən seroloji test (ELİSA) qanın içindəki virusa qarşı mübarizədə immun sistemini möhkəmləndirən antitelin mövcudluğunu göstərir. Bu zaman xəstədən bir damla qan alınır, xüsusi bir konteynerə yerləşdirilir və reagentlə qarışdırılır. Nümunə başqa rənglə boyanırsa, onda bu, prinsipcə, insanın artıq xəstə olduğu və onda virusa qarşı immunitetin yarandığı deməkdir.

Hazırda Azərbaycan üzrə koronavirusun yoluxması şübhəsi ilə yalnız üç kateqoriyalı vətəndaşları testdən keçirirlər.

Azərbaycanda koronavirus infeksiyasının aşkar edilməsi üçün hər min sakinə 30 test düşür. Testlərin sayına görə liderlik Amerika Birləşmiş Ştatlarına məxsusdur. Xəstəliyin baş verdiyi andan etibarən 18 milyondan çox test və ya hər min nəfərə 55-dən çox test keçirilib.

Bu gün insanın COVİD-19-a yoluxub-yoluxmadığını müəyyən etməyin ən əlçatan üsulu testdir.

Hələ bu yaxınlarda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildiriblər ki, yalnız xəstələrlə təmasda olan şəxsləri, həmçinin xəstəliyin aşkar şəkildə ifadə edilmiş simptomlarına malik olanları və xaricdən respublikaya gələn vətəndaşları yoxlamaqla testlərin sayını azaltmaq niyyətindədirlər.

Bu xəstəliyin mövcudluğundan şübhələnənlər Təcili və təxirəsalınmaz tibbi yardımın "103" qısa nömrəsinə zəng edərək test edilə bilərlər. Bundan sonra qısa zamanda həkimlər briqadası vətəndaşın yaşayış yerinə gedəcək və ondan laboratoriyada tədqiqat üçün nümunələr götürəcəklər. Testin nəticəsi üç gün ərzində elan edilir. Cavab birbaşa test edilən şəxsin telefonuna SMS mesajı şəklində gəlir.

Testin nəticəsi müsbət olduğu halda, xəstə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaya yerləşdirilməlidir.

Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

463
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

866
(Yenilənib 00:49 01.06.2020)
Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: Uşaqların Beynəlxalq Müdafiəsi Günü
© Sputnik / Elnur Salayev

Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda isə 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 1-də qeyd olunur. Bu gün 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qərarı ilə təsis edilib.

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyasının qərarı ilə 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.

Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir. Hazırda Azərbaycan əhalisinin 2 milyon 730 mini uşaqlardır. 

Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

866
Millət vəkili Qənirə Paşayeva

Qənirə Paşayeva: "Dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır"

0
(Yenilənib 16:21 05.06.2020)
"Şəkərli diabet, hemofiliya ilə bağlı dövlət proqramlarının icrası başa çatsa da, qarşıya qoyulan məsələlər öz həllini tapmayıb"

BAKI, 5 iyun — Sputnik. "Hesablama Palatasının rəyinə görə, 26 dövlət proqramı hesabatda əks olunmur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, dövlət proqramlarının icrasında şəffaflıq təmin olunmalıdır: "Dövlət proqramının icrası ilə bağlı məlumatlar nəyə görə bu sənəddə əksini tapmamalıdır? Bu, çox vacib sualdır. 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyətlə bağlıdır. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində burada korrupsiya əməllərini gördük. Ona görə də dövlət proqramlarının icrası ilə bağlı məlumatlar mütləq qeyd edilməlidir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də əksini tapmalıdır. Məlumat bazasını tam yarada bilmiriksə, burada hansısa şəffaflıqdan danışa bilmərik. Şəkərli diabet, hemofiliya ilə bağlı dövlət proqramlarının icrası başa çatsa da, qarşıya qoyulan məsələlər öz həllini tapmayıb".

0