Azərbaycanda pərakəndə satış

869
(Yenilənib 16:36 20.04.2020)
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada 2020-ci ilin yanvar-mart aylarında respublikamızda pərakəndə ticarət dövriyyəsi ilə bağlı ətraflı məlumatla tanış ola bilərsiz.
İnfoqrafika: Pərakəndə ticarət dövriyyəsi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlı ərzaq və qeyri-ərzaq malları satılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 1,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz artım, qeyri-ərzaq malları üzrə isə 0,5 faiz azalma müşahidə edilib.

2020-ci ilin yanvar-mart aylarında ərzaq məhsullarının satışından əldə edilən gəlir 4,338 milyard manat olub.

Cari ilin birinci rübündə əhalinin istehlak məqsədilə aldığı mallara xərclədiyi vəsaitdə ən çox pay ərzaq məhsulların üzərinə düşür. Bu, ümumi istehlak malları xərclərinin təqribən yarısını – 48,91%-ni təşkil edir. Əhali bundan sonra ən çox qeyri-ərzaq mallarına (17,73%), eləcə də toxuculuq məhsullarına, geyim və ayaqqabıya (16,68%) pul xərcləyib.

2020-ci ilin yanvar-mart aylarında respublikamızda pərakəndə ticarət dövriyyəsi ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

869

COVID-19 necə müəyyən edilir

464
(Yenilənib 01:27 05.06.2020)
Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz
© Sputnik / Elnur Salayev

Son zamanlar dünyada çox sayda orqanizmdəki SARS-CoV-2 koronavirusunun mövcudluğunu təyin etməyə qadir olan testlər meydana gəlməkdədir. Bu gün dünyada 150-dən artıq test növü mövcuddur.

Onları iki qrupa bölmək olar. Birincisi testləşdirmə zamanı insan orqanizmində virusun mövcudluğunu və onun potensial yoluxma mənbəyi ola biləcəyini göstərənlərdir. İnfeksiyanın hal-hazırda mövcudluğunu göstərən test polimeraz zəncirvari reaksiya testidir. Bir pambıqlı çubuğun köməyi ilə xəstənin boğazından tüpürcək nümunəsi götürülür və müəyyən biokimyəvi reaksiyanın köməyi ilə genetik materialda virusun olub-olmaması müəyyən edilir.

İkincisi insanın keçmişdə koronavirusa yoluxduğunu təyin edənlərdir. Keçmişdə infeksiyanın mövcudluğunu müəyyən edən seroloji test (ELİSA) qanın içindəki virusa qarşı mübarizədə immun sistemini möhkəmləndirən antitelin mövcudluğunu göstərir. Bu zaman xəstədən bir damla qan alınır, xüsusi bir konteynerə yerləşdirilir və reagentlə qarışdırılır. Nümunə başqa rənglə boyanırsa, onda bu, prinsipcə, insanın artıq xəstə olduğu və onda virusa qarşı immunitetin yarandığı deməkdir.

Hazırda Azərbaycan üzrə koronavirusun yoluxması şübhəsi ilə yalnız üç kateqoriyalı vətəndaşları testdən keçirirlər.

Azərbaycanda koronavirus infeksiyasının aşkar edilməsi üçün hər min sakinə 30 test düşür. Testlərin sayına görə liderlik Amerika Birləşmiş Ştatlarına məxsusdur. Xəstəliyin baş verdiyi andan etibarən 18 milyondan çox test və ya hər min nəfərə 55-dən çox test keçirilib.

Bu gün insanın COVİD-19-a yoluxub-yoluxmadığını müəyyən etməyin ən əlçatan üsulu testdir.

Hələ bu yaxınlarda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildiriblər ki, yalnız xəstələrlə təmasda olan şəxsləri, həmçinin xəstəliyin aşkar şəkildə ifadə edilmiş simptomlarına malik olanları və xaricdən respublikaya gələn vətəndaşları yoxlamaqla testlərin sayını azaltmaq niyyətindədirlər.

Bu xəstəliyin mövcudluğundan şübhələnənlər Təcili və təxirəsalınmaz tibbi yardımın "103" qısa nömrəsinə zəng edərək test edilə bilərlər. Bundan sonra qısa zamanda həkimlər briqadası vətəndaşın yaşayış yerinə gedəcək və ondan laboratoriyada tədqiqat üçün nümunələr götürəcəklər. Testin nəticəsi üç gün ərzində elan edilir. Cavab birbaşa test edilən şəxsin telefonuna SMS mesajı şəklində gəlir.

Testin nəticəsi müsbət olduğu halda, xəstə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılan xəstəxanaya yerləşdirilməlidir.

Koronavirus testinin növləri və onun statistikası haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

464
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

866
(Yenilənib 00:49 01.06.2020)
Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: Uşaqların Beynəlxalq Müdafiəsi Günü
© Sputnik / Elnur Salayev

Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda isə 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 1-də qeyd olunur. Bu gün 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qərarı ilə təsis edilib.

1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyasının qərarı ilə 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.

Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir. Hazırda Azərbaycan əhalisinin 2 milyon 730 mini uşaqlardır. 

Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

866
Lampa, arxiv şəkli

Qurum sərt karantin günlərində rejimi ilə bağlı məlumat yaydı

0
Abonentlərdən xahiş edilir ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

BAKI, 5 iyun — Sputnik. Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda iki günlük sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

Qeyd olunur ki, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərdən xahiş edilir ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün "Azərişıq" ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər.

 

 

0