Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan karantin zamanı biznesi və insanları necə dəstəkləyir

Abunə olmaq
Dövlətin dəstəyi sahibkarları, muzdlu işçilər, işsizləri, eləcə də əhalinin həssas təbəqəsinin üzvləri ilə aztəminatlı ailələrdən olan tələbələri əhatə edəcək

Koronavirusun Azərbaycanda sosial-iqtisadi vəziyyətə neqativ təsirinin azaldılması tədbirləri arasında pandemiyadan əziyyət çəkən sahələrdə iş yerlərinin bağlanmasının qarşısını almaq üçün dövlətin sahibkarlara 215 milyon manat həcmində maliyyə yardımı da nəzərdə tutulub.

Bu pullar əmək müqaviləsi olan muzdu işçilərin əmək haqqının müəyyən bir hissəsinin ödənilməsi üçün ayrılıb. Bu tədbir 300 min insanı əhatə edəcək.

Orta və xırda biznes sahəsində çalışan daha 300 min insana birbaşa maliyyə yardımı edilməsi üçün də hökumət 195 milyon manat ayıraraq onlar arasında bölüşdürəcək.

Eləcə də əhalinin həssas təbəqəsindən olan insanlara dəstək göstərilməsi üçün 200 milyon, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənməsi üçün 40 milyon manat ayrılıb.

Koronavirusun respublikanın iqtisadiyyatına və vətəndaşlarına neqativ təsirinin azaldılması üçün görülən tədbirlər barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0