Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda həkim çoxdur, yoxsa az?

Abunə olmaq
Adambaşına düşən ali tibb təhsili olan həkimlərin sayına görə, Azərbaycan postsovet ölkələri arasında altıncı yerdədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər min nəfərə orta hesabla 3,45 həkim düşür,  daha doğrusu, yeddi həkim iki min nəfərə xidmət göstərir. Beləliklə, postsovet ölkələri arasında bu göstəriciyə görə respublikamız altıncı yerdədir.

Bununla yanaşı, dünyada həkimlərin sayına görə liderlik Kubaya məxsusdur. Burada hər min vətəndaşa orta hesabla 8,19 nəfər ali təhsilli həkim düşür.

Ümumilikdə Azərbaycanda 32,485 min həkim və 54,048 min orta təhsilli tibb işçisi çalışır. İcbari tibbi sığorta sisteminin tələbinə uyğun olaraq, həkimlərin əksəriyyətini terapevtlər təşkil edir  - 7,951 min nəfər. Həkimlərin əksəriyyəti Bakıda və paytaxtın ətrafında cəmləşiblər ki, bu da urbanizasiya ilə bağlıdır.

Ümumilikdə, respublika xəstəxanaları 44,045 min çarpayılıqdır, yəni əhalinin hər 10 min nəfərinə stasionarda  44,7 yer düşür.

Həkimlərin sayına görə ölkələrin reytinqi barədə Sputnik Azərbaycan-ın infoqrafikasından daha ətraflı məlumat almaq olar.

Xəbər lenti
0