Ötən il Azərbaycanda törədilmiş cinayətlərdə narkotiklərin xüsusi payı var

3195
(Yenilənib 00:51 25.03.2020)
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin statistikası ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz
© Sputnik / Elnur Sаlаyev

2019-cu ildə ölkədə törədilmiş 26672 cinayətdən 4383-ü və yaxud 16,4%-i narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Ötən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən 3464 nəfər saxlanılıb ki, bu da 2018-ci illə müqayisədə 972 nəfər və yaxud 39% çoxdur.

Saxlanılanların 98,8%-i cinayət məsuliyyətinə cəlb edilib. Bu şəxslərin 70,3%-i heç vaxt heç yerdə işləməyən və təhsilsiz şəxslərdir.

2019-cu ildə 3 317,5 kq narkotik müsadirə edilib ki, onun da çox hissəsini heroin təşkil edib. Müsadirə edilən digər narkotik maddələr arasında əksəriyyəti marixuana təşkil edib. Opium, həşiş, həşiş yağı və qətran da müsadirə edilən narkotiklər arasındadır.

2019-cu ildə müsadirə edilən narkotik maddələrin miqdarı 2018-ci illə müqayisədə xeyli (791,2 kq) çox olub.

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin statistikası ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

3195

Azərbaycanlılar ADR-in yaranmasının 102-ci ildönümünü qeyd edirlər

3
(Yenilənib 11:06 28.05.2020)
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
İnfoqrafika: 28 may
© Sputnik / Elnur Salayev

28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra hər il 28 may Respublika günü kimi qeyd olunur.

Azərbaycan xalqı bu il mayın 28-də onun ən şərəfli tarixinin bir hissəsi olan Demokratik Respublikanın qurulmasının 102-ci ildönümünü qeyd edir.

Prezident İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Müsəlman Şərqində ilk dəfə, eləcə də ABŞ və bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu, milli pul, milli bankın yaradılması, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatlar və digər uğurlara imza atmışdı.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb və müvəqqəti olaraq devrilib. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

3

Sputnik Azərbaycan - Beş il sizinlə

1252
Sputnik Azərbaycan-la bağlı ətraflı məlumatla agentliyin fəaliyyətinin beşinci ildönümünə həsr olunmuş xüsusi infoqrafikada tanış ola bilərsiz.

Sputnik Azərbaycan fəaliyyətinin 5 illiyini qeyd edir. Bu müddət ərzində bizimlə olan və bizi dəstəkləyən bütün oxucularımıza təşəkkür edirik

Sputnik Azərbaycan 2015-ci il mayın 25-də fəaliyyətə başlayıb. Bizim aktivimizə Azərbaycan və rus dillərində informasiya portalları, radioresurs və yüksək texnologiyalı multimedia mətbuat mərkəzi daxildir.

Sputnik Azərbaycan özündə 33 dildə yayımlanan multimedia internet saytlarını, dünyanın 90-dan artıq şəhərində analoq və rəqəmsal radioyayımlarını birləşdirən böyük beynəlxalq KİV-in bir hissəsidir. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərinə ingilis, ərəb, ispan, Çin və fars dillərində məlumat yayır.

Sputnik-in informasiya resurslarının auditoriyası ayda 80 milyondan çox ziyarətçidən ibarətdir, sosial şəbəkələrdə Sputnik-in izləyicilərinin ümumi sayı 20 milyondan çoxdur. Bişkekdən Kişinyova, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir.

"Sputnik" "Rossiya Seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

Sputnik Azərbaycan-la bağlı daha ətraflı məlumatla agentliyin fəaliyyətinin beşinci ildönümünə həsr olunmuş xüsusi infoqrafikada tanış ola bilərsiz.

1252