Bu il Novruz süfrəsi neçəyə başa gəlir

2898
(Yenilənib 14:41 19.03.2020)
Azərbaycan xalqı 2020-ci ilin Novruz bayramını qarşılamaq üçün nə qədər vəsait xərcləməli olub? Rəqəmlərlə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: Novurz süfrəsi
© Sputnik / Elnur Salayev

 

Azərbaycan xalqının qədim milli bayramlarından olan Novruz öz ənənələri və süfrəsi ilə məşhurdur. Azərbaycanlıların Novruz xonçasını şəkərbura, paxlava, qoğal, şirin çörəklər, çərəzlər, meyvələr, boyanmış yumurtalar olmadan təsəvvür etmək çətindir. Novruz süfrələri isə başda milli yeməklərin şahı plov olmaqla azı yeddi növ yeməklə açılır. Ən imkansız ailələrdə belə Novruz bayramında süfrənin bol olmasına xüsusi diqqət göstərilir. Çünki insanlar Novruz sürfəsi zəngin olanın il boyu bolluq və bərəkət içində yaşayacağına inanır.

Qışın gedişini, təbiətin oyanışını və baharın gəlişini özündə ehtiva edən bu bayramı qeyd etmək üçün xeyli vəsait də tələb olunur. Çünki Novruzu yüksək səviyyədə qarşılamaq üçün tələb olunan ərzaqlar kifayət qədər bahadır. Azərbaycanda Novruz süfrəsinin neçəyə başa gəldiyini bilmək istəyirsinizsə, Sputnik Azərbaycan-ın infoqrafikasına baxın.

2898

Müharibə xronikası: Ermənistan SQ-nin itkiləri

47
(Yenilənib 09:52 24.10.2020)
Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı başlayan gündən indiyə kimi düşmənin xeyli sayda hərbi texnikasını məhv edib.
İnfoqrafika: Ermənistan SQ-nin məhv edilmiş hərbi texnikası
© Sputnik / Elnur Salayev

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğurla davam edir - düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsən özü Azərbaycan xalqına müraciətlərində döyüşlər zamanı Ermənistan SQ-nin məruz qaldığı hərbi itkilər barədə məlumatları səsləndirir.

Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının sayı günbəgün artır. Oktyabrın 20-də xalqa müraciət edən Azərbaycan lideri bildirib ki, düşmənin məhv edilmiş S-300 buraxılış qurğusunun sayı əvvəl xəbər verildiyi kimi iki deyil, dörd ədəd olub.

Rəsmi məlumatlara görə, bundan başqa, ermənilərin xeyli sayda hərbi sursatı – yüzlərlə tank, artilleriya qurğusu, nəqliyyat vasitələri, onlarla zenit-raket kompleksi və başqa hərbi texnikası sıradan çıxarılıb.

Ermənistan SQ-nin Qarabağda döyüş əməliyyatlarının başladığı gündən 23 oktyabr tarixinə qədər olan bütün itkiləri barədə məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

47
Teqlər:
itkilər, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

778
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

778
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb

15
Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

15
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə