Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın biznes-lediləri

Abunə olmaq
Sahibkar qadınlara maliyyə dəstəyinin verilməsi üçün 115 milyon manatdan çox güzəştli kredit nəzərdə tutulub. Bu kreditləri dörd mindən artıq biznes-ledi əldə edib.

AR Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda sahibkar kimi qeydiyyatdan keçən qadınlar, 2019-cu ilin oktyabrına olan məlumata görə, 200 minə yaxın olub.

Müqayisə üçün bildirək ki, hələ 2012-ci ildə respublikada rəsmi biznes-ledilərin sayı cəmi 73 469 nəfər idi. Bu rəqəmlər son 7 ildə ölkəmizdə sahibkar qadınların sayının üç dəfə artdığını göstərir.

Onların maliyyə cəhətdən dəstəklənməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafına Yardım Fondu 115 milyon manatdan çox güzəştli kredit ayırıb. Bu kreditləri ölkənin 4300 sahibkar qadını əldə edib.

Azərbaycanın iqtisadiyyat sahəsində sahibkarlıqla məşğul olan qadınlarla bağlı daha dolğun məlumatlarla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

Xəbər lenti
0