Bu il haradan hansı məhsulu gözləməli: 2020-ci ilin xəritəsi

428
(Yenilənib 12:48 14.01.2020)
Azərbaycanda 2020-ci ilin məhsulu üçün 1 019 200 hektar sahəyə payızlıq bitkilər səpilib, yayda buğda, arpa və çovdarımız bol olacaq
© Sputnik / Elnur Salayev

2020-ci ildə məhsul verəcək dən və yaşıl yem üçün payızlıq bitkilərin səpini 1.019 milyon hektar sahəyə çatıb ki, bu da ötən ilin rəqəmləri ilə müqayisədə 143 min hektar və ya 16.3% çoxdur.

Ölkədə səpilən buğda sahələrinin ümumi həcmi 577 min hektardan 636 min hektara, arpa 298 min ha-dan, 366 min ha-ya qədər artıb. Çovdar səpilən sahələrin həcmində isə dəyişiklik olmayıb və 350 min hektar təşkil edib.

Buğda səpilən əsas rayonlar Cəlilabad, Şəki, Füzuli, Şamaxı, Hacıqabul, İsmayıllı və Qobustan olub. Şəki, Neftçala, Kürdəmir, Biləsuvar, Ağsu, Ağdaş və Şamaxıda isə əsasən arpa səpini üstünlük təşkil edib.

Azərbaycanda bu il üçün səpilən taxıl məhsulları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

428