Azərbaycanda bron edilmiş yerlər

773
(Yenilənib 21:26 28.11.2019)
Mənzil bron edərkən nələrə diqqət yetirmək lazımdır, müxtəlif ölkələrdə sutkalıq mənzillərin qiymətləri necədir, Azərbaycanın hansı otellərində nə qədər adam gecələyib? Bu və digər suallara Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada cavab tapa bilərsiz.
© Sputnik / Elnur Salayev

Hər kəs komfortu və rahatlığı sevir, istirahət zamanı isə bu xüsusilə vacibdir. Səyahət zamanı mənzil kirayə etmək çox özünəməxsus və hətta həddindən artıq ekstremal məsələdir. Əsasən, əminliyi sevən və səyahətə hazırlaşan çox adam səyahət zamanı harada qalacağını dəqiq bilmək üçün əvvəlcədən mənzil bron edir.

Ancaq burada hər şey o qədər də asan deyil. Bron etməklə bağlı çoxlu seçim var: kimsə oteldə qalmağı üstün tutur, kimin üçünsə apartament və hətta fərdi evlər daha rahatdır.

Dünyada hər gecə 2 milyondan çox adam qalmağa mənzil bron edir. Azərbaycana gələn xarici ölkə vətəndaşları ən çox Bakıdakı otellərdə gecələyib. Qəbələ, Quba və Xaçmazda da otellərə tələbat çox olub.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda otel gəlirləri 334 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 16,7% çoxdur.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkəmizdə keçirilən gecələrin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,6% artaraq 1 743,9 min nəfər olub. Azərbaycan ərazisində gecələyən əcnəbilərin sayı ölkəyə gələnlərin 65.4%-ni təşkil edib.

Bu ilin üç rübü ərzində bütün Azərbaycan ərazisindəki otellərdə 2.666 milyon gecə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Mənzil bron edərkən nələrə diqqət yetirmək lazımdır, müxtəlif ölkələrdə sutkalıq mənzillərin qiymətləri necədir, Azərbaycanın hansı otellərində nə qədər adam gecələyib? Bu və digər suallara daha ətraflı cavab tapmaq üçün Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikaya baxa bilərsiz.

773