Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda kənd təsərrüfatı: İstehsal və qiymətlər

Abunə olmaq
Əsas kənd təsərrüfatı məhsullarının istehsalı və qiymətlərindəki dəyişikliklər barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Bu ilin sentyabr ayına olan məlumata görə, üzüm, zoğal, pomidor, badımcan, xiyar və soğanın qiymətlərində artım baş verib, eyni zamanda feyxoa, xırnik və limon ucuzlaşıb.

Azərbaycanda kənd təsərrüfatı istehsalı davamlı artımı təmin edir: 2019-cu ilin üç rübünün yekunlarına görə, meyvə və giləmeyvə yığımı 11,7%, tərəvəz yığımı isə 11,2% artıb. Bu ilin sentyabrında bir çox meyvə və tərəvəzin qiymətləri ötən ilin analoji dövrü ilə müqayisədə dəyişib. Bir sıra məhsulların qiymətində istehsal səviyyəsindən asılı olmayaraq bahalaşma, yaxud da ucuzlaşma qeydə alınıb.

2019-cu ilin 9 ayı ərzində pambıq 75,4%, üzüm 48,8%, günəbaxan tumu 41,1%, ipək qurdunun baraması 25,3% toplanıb və əvvəlki ilə nisbətən artıb. Bunun əksinə olaraq, bu il şəkər çuğunduru (59,7% ) və çay yarpağının (12,1%) toplanması azalıb.

Meyvə və tərəvəzlərdən ən çox nəzərə çarpan qiymət artımı "krasavitsa" armudunda (42,9%,), fındıqda (37%) və qozda (20%) müşahidə edilib. Bununla belə, feyxoanın qiymətində 50%, "simirenko" almasında 40% və xırnikdə 26,7% qiymət ucuzlaşması qeydə alınıb. Tərəvəzlərdən ən çox bahalaşma badımcanda (77,8%), xiyarda (66,7%) və soğanda (qırmızı, 60%) özünü göstərib. Kələmin qiyməti 33,3%, pomidorun qiyməti isə 30% ucuzlaşıb.

Əsas kənd təsərrüfatı məhsullarının istehsalı və qiymətlərdəki dəyişikliklər barədə daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0