Yol-nəqliyyat qəzaları Azərbaycanda yüzlərlə can alıb - Rəqəmlər

1139
(Yenilənib 20:40 04.11.2019)
Tez-tez avtoqəzalarda motosikletçilər və piyadalar ölür. Ən çox yol-nəqliyyat hadisəsi gəlirləri yüksək olan ölkələrdə baş verir
İnfoqrafika: Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası
© Sputnik / Elnur Salayev

Yol-nəqliyyat hadisələri insan ölümünün səbəbləri arasında səkkizinci yerdədir. Hər il dünyada avtomobil qəzaları nəticəsində 1,35 milyon adam ölür. Mövcud tendensiyaya görə, ən çox yol-nəqliyyat hadisələri həyat səviyyəsi və gəlirləri yüksək olan ölkələrdə baş verir. Dünya üzrə avtoqəzaların 40%-i gəlirləri yüksək olan ölkələrdə izlənilir.

Avtoqəzalarda tez-tez motosikletçilər, piyadalar ölür. Bu qəzalarda ölənlərin cəmi 1%-ni velosipedçilər təşkil edir.

Bu ilin ilk altı ayı ərzində Azərbaycanda 342 nəfər avtomobil qəzalarında həyatını itirib. Bu rəqəm 2018-ci ilin analoji dövrü ilə müqayisədə 31 nəfər çoxdur.

Azərbaycanda yol qəzalarında ölənlərin əksəriyyəti orta yaşlı insanlardır. Dünyadakı tendensiya isə bunun əksini deyir. Araşdırmalar göstərir ki, maşınların təkərləri altında adətən ən çox 5 yaşdan yuxarı uşaqlar, eləcə də yeniyetmələr və yaşı 29-dək olan gənclər qalır.

Heç də əksər hallarda qəzaya səbəb sürücülərin maşını sərxoş vəziyyətdə idarə etməsi olmur. Azərbaycanda bu ilin altı ayı ərzində cəmi 12 sərxoş sürücü qəza törədib. Avtoqəzalara ən çox sürət həddini aşma səbəb olur. Yol-nəqliyyat qəzalarının statistikası barədə ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

1139

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

183
(Yenilənib 12:12 27.11.2020)
1 oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.
İnfoqrafika: Orta aylıq əməkhaqqı
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı ötən ilin göstəricilərinə nisbətən 17,1% artaraq 706,6 manat təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, milli iqtisadiyyatda muzdlu işçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

Onlardan 908 min nəfəri dövlət sektorunda, 773,6 min nəfəri özəl sektorda işləyir. Beləliklə, dövlət muzdlu işçilərin 54%-ni işlə təmin edən əsas işəgötürən kimi çıxış edir.

Ölkədə orta aylıq əmək haqqı barədə daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

183
Teqlər:
muzdlu işçilər, muzdlu, orta aylıq nominal əmək haqqı

Azərbaycanın xarici ticarət göstəriciləri

128
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

128
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın