CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda cinayətkarlıq: rəqəmlər və faktlar

Abunə olmaq
Sputnik Azərbaycan-ın infoqrafikasında Azərbaycan ərazisində törədilən cinayətlərlə bağlı statistik məlumatlar əksini tapıb

Cinayətkarlıqla mübarizə bütün dövrlərdə hər bir dövlətin birinci növbəli məsələsi olub. Təəssüf ki, ən yüksək səviyyəli cəmiyyətlərdə belə bu məsələ tam həllini tapa bilməyib. Səlahiyyətli şəxslərin və adi insanların güvənə biləcəyi maksimum nəticə törədilən cinayətlərin sayının tədricən azalmasıdır.

Bu işdə müəyyən cinayətlərin kim tərəfindən, nə vaxt, harada və hansı səbəbdən törədildiyi barədə dəqiq məlumatlar əsas əhəmiyyət kəsb edir. Bütün bu suallara cavabı rəsmi statistika verir. Mütəxəssislər hüquq-mühafizə orqanlarının hesabat məlumatlarını təhlil edirlər. Yalnız bundan sonra əldə edilmiş məlumatlar əsasında cinayətlərin qarşısının alınması üçün müvafiq taktikalar ən səmərəli şəkildə qurulur və cinayətkarlıqla mübarizə aparılır. Bu, əslində polisin əsas vəzifəsidir.

Sputnik Azərbaycan-ın AR Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırladığı infoqrafikada cinayətkarlıqla bağlı göstəricilər bir neçə hissəyə bölünüb. Burada törədilmiş cinayətlərin xarakteri, növləri, ərazi bölgüsü, törətdiyi əmələ görə məhkum olunmuş şəxslər, cinayətləri törədənlərin gender tərkibi, vətəndaşlığı əksini tapıb.

Xəbər lenti
0