Azərbaycanın vergi ödəyiciləri ilə bağlı vəziyyət yerdədir

745
(Yenilənib 18:21 28.10.2019)
Azərbaycanın vergi ödəyiciləri ilə bağlı son 9 aylıq vəziyyətlə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiniz
İnfoqrafika: Azərbaycanın vergi ödəyiciləri
© Sputnik / Elnur Salayev

2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda 12 153 vergi ödəyicisi qeydiyyatdan keçib. Onların 10 484-ü fiziki şəxslər, 1669-u isə hüquqi şəxslərdirlər.

Bundan əlavə, xeyli sayda təsərrüfat subyektləri qeydiyyatdan keçib. 12 mindən çox vergi ödəyicisi fəaliyyətini bərpa edib. Göstərilən dövrdə Vergilər Nazirliyinin rəsmi saytı 884 089 dəfə ziyarət edilib.

Azərbaycanın vergi ödəyiciləri ilə bağlı son 9 aylıq vəziyyətlə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiniz.

745

Azərbaycanın qeyri-neft ixracatı: lider dövlət şirkətləri

1073
(Yenilənib 20:32 10.08.2020)
Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.
İnfoqrafika: Qeyri-neft sektorunda ixracatçı dövlət müəssisələri
© Sputnik / Elnur Salayev

Statistika qeyri-neft sektorunda fəaliyyət göstərən dövlət şirkətlərinin ixrac göstəricilərini hesablayıb: Milli reytinqə üç enerji və hasilat müəssisəsi rəhbərlik edir.

Son statistik məlumatlara görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru məhsullarını ixrac edən dövlət şirkətlərinin reytinqinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadi əməliyyatlar və marketinq şöbəsi başçılıq edib. O, xaricə 71,1 milyon dollarlıq məhsul satıb.

SOCAR-ın ən yaxın təqibçisi qismində dünya bazarlarına 43,1 milyon dollarlıq məhsul ixrac edən "AzerGold" qızıl hasilatı şirkəti çıxış edir.

Dövlət şirkətləri arasında ixracda ən uğurlu üçlüyü energetika sektorunun nümayəndəsi "Azərenerji" ASC bağlayır.

Azərbaycanın qeyri-neft sektorunun aparıcı dövlət ixracatçıları haqqında daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.

1073

Azərbaycanın dövlət borcu azalıb

1805
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

1805
Muse rok qrupu, arxiv şəkli

Dünyaca məşhur rok qrupu bu dəfə özünü kino sahəsində sınadı

0
(Yenilənib 00:00 14.08.2020)
Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq.

BAKI, 13 avqust — Sputnik. Böyük Britaniyanın ən populyar rok qrupu "Muse" sirli virus haqqında film çəkib. Məşhur qrup yeni filmi rokla elmi fantastikanın sintezi şəklində çəkməyi qərara alıb.

Filmin rejissoru Lens Dreykdir. Süjet xətti isə paranormal hadisələrin mənbəyini öyrənən bir qrup alimin hekayəsinə əsaslanır.

Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq. Daha sonra filmə 21 avqust tarixindən etibarən media platformalarında baxıla bilər.

"Bu layihəni çox uzun müddət hazırladığımız üçün inanılmaz dərəcədə həyəcan keçiririk" - deyə qrup öz instaqram səhifəsində qeyd edib.

Qeyd edək ki, qrup 1994-ci ildən fəaliyyət göstərir. Ötən il baş tutan musiqi turu çərçivəsində qrup dünyanın 28 şəhərində konsert verib. Bu, qrupun ən uzun davam edən musiqi turu olub.

0