Azərbaycan Respublikasında pensiya pensiyaçılar

2160
(Yenilənib 11:50 18.10.2019)
2019-cu ildə Azərbaycan Respublikasında minimum pensiya və pensiyaçıların sayının dinamikası barədə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz.
İnfoqrafika : Pensiya və pensiyaçılar
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində cari ilin 1 oktyabrından etibarən ölkəmizdə əmək pensiyasının minimum məbləği 25% artıb.

Artımın edilməsi üçün illik 216 milyon manat əlavə vəsait ayrılıb. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edib. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldilib.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.

Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.

2019-cu ildə Azərbaycan Respublikasında minimum pensiya və pensiyaçıların sayının dinamikası barədə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiz.

2160

Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri

345
(Yenilənib 11:16 04.08.2020)
Hər ölkənin ordusu müasir silahlar və hazırlıqlı hərbçilərlə təchiz olunmalıdır ki, vətəni istənilən hərbi müdaxilədən qoruya bilsin.
İnfoqrafika: Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri
© Sputnik / Elnur Salayev

Silahlı qüvvələr dövlət strukturunda vacib yerlərdən birini tutur, onların formalaşdırılması və inkişafına isə kifayət qədər diqqət ayırmaq vacibdir. Bu, xüsusilə ərazisində hərbi münaqişələr olan, məsələn, Azərbaycan kimi ölkələr üçün aktualdır. Təsadüfi deyil ki, müdafiə xərcləri üzrə respublikamız keçmiş İttifaq ölkələri arasında ilk üçlüyə daxildir.

Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında postsovet ölkələrinin silahlı qüvvələri və digər hərbi birləşmələrinin sayı barədə məlumat ala bilərsiniz. Bu siyahıda elə ölkələr var ki, cəmi bir neçə min hərbçi sayı ilə sizi təəccübləndirəcək.

345

Azərbaycanda sosial ödənişlər: kim qədər alır?

1326
(Yenilənib 20:15 30.07.2020)
Hər bir ölkədə dövlət vətəndaşların müəyyən qruplarını öz müdafiəsi altına götürür. Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından iyun ayında ölkəmizdə sosial müdafiənin necə həyata keçirildiyini öyrənmək olar
Azərbaycanda sosial ödənişlər
© Sputnik / Elnur Salayev

Cəmiyyətin heç də bütün üzvləri eyni cür pul qazana və özlərini təmin edə bilmirlər. Burada söhbət adətən yaşlı, sağlamlıqla bağlı problemləri olan insanlardan və işsizlərdən gedir. Bu hallarda məsələyə dövlət müdaxilə edir və müxtəlif sosial ödəmələr həyata keçirir: pensiya, işsizlik və ya əlilliyə görə müavinət və s. verir.

Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından oxucular ötən ay ərzində ölkənin 2,3 milyon vətəndaşının müxtəlif təyinatlı sosial müavinət aldığını öyrənəcəklər.

İnfoqrafikada həmçinin il ərzində sosial müdafiə tədbirləri aid edilən vətəndaşların sayının necə dəyişməsi və sosial təminata hansı xərclərin çəkilməsi göstərilir.

1326
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

0
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0