Azərbaycan dəmiryolçularının peşə bayramı

1717
(Yenilənib 12:10 11.10.2019)
Azərbaycanda dəmir yolu layihələri bu beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilir: TRACECA (Avropa-Qafqaz-Asiya) və "Şimal-Cənub"
İnfoqrafika: Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb. Bu sərəncama əsasən, hər il müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - 13 oktyabr Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

AR Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yekunlarına əsasən, Azərbaycan dəmir yollarında işləyən işçilərin sayı 6760 nəfərə çatıb.

Azərbaycan dəmir yolları il ərzində 17 milyon tondan çox yük, 1,9 milyona yaxın sərnişin daşıyır.

Azərbaycan dəmir yollarının tarixi və fəaliyyəti barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

1717

Ermənistan ordusu Azərbaycanın dinc sakinlərinə hansı silahlardan atəş açır

29
(Yenilənib 11:27 20.10.2020)
Son üç həftə ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində davam edən aktiv döyüş əməliyyatlarında Ermənistan ordusu dəfələrlə yaşayış məntəqələrimizi atəşə tutub ki, bu da mülki əhali arasında itkilərə səbəb olub.
İnfoqrafika: Qadağan olunmuş silahlar
© Sputnik / Elnur Salayev

Ermənistan silahlı qüvvələrinin Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca apardığı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sentyabr ayının sonlarından əks-hücum əməliyyatı həyata keçirir. Bütün bu müddət ərzində Ermənistan ordusu dəfələrlə Azərbaycanın döyüş bölgəsindən kənardakı yaşayış məntəqələrini və mülki insanları atəşə məruz qoyub.

Ermənilərin bu hərəkətləri bir sıra beynəlxalq sənədlərə ziddir. Eyni zamanda, erməni tərəfi mülki şəxslərə qarşı qadağan olunmuş hərbi sursat növlərindən istifadə etməkdən də çəkinmir.

Sputnik Azərbaycan Ermənistan ordu bölmələri tərəfindən Azərbaycanın şəhər və kəndlərindəki mülki şəxslərə qarşı istifadə olunan müxtəlif hərbi sursatlar haqqında məlumatları xüsusi infoqrafikada toplayıb.

O da məlum olub ki, Ermənistan Silahlı Qüvvələri yaşayış məntəqələrimizi digər silah növləri ilə yanaşı, tərkibində zəhərli maddə olan ağ fosforlu mərmilərlə də atəşə tutub.

29
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanın Dövlət Büdcəsi

1975
(Yenilənib 01:04 18.10.2020)
Gələn il dövlət büdcəsində kəsirin 3.368 milyard manatdan 1.52 milyar manatadək azalacağı gözlənilir
İnfoqrafika: Azərbaycanın büdcəsi
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin layihəsinə əsasən, gəlirlər 24.327 milyard manat həcmində proqnozlaşdırılır, bu isə 2020-ci ilin proqnozundan 0.8% çoxdur.

Azərbaycan dövlət büdcəsinin gələn il üçün layihəsinə “Büdcə sistemi haqda” mövcud qanuna görə, oktyabrın 15-dən Azərbaycan Respublikasının Milli Məclisində baxılacaq.

2021-ci ildə xəzinənin xərclərinin 25.847 milyard manat olacağı gözlənilir, bu isə hökumətin 2020-ci ildə xərcləməyi planlaşdırdığından 6% azdır.

Nəticədə gələn ilin büdcəsində kəsir 2020-ci illə müqayisədə 3.368 milyard manatdan 1.52 milyard manatadək azalacaq. 2021-ci ildə Azərbaycanın Ümummilli Daxili Məhsulu 75.4 milyard manata çatmalıdır.  

Azərbaycanın 2020 və 2021-ci il üçün büdcəsi barədə daha dolğun məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasında izləyin.

1975
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0