Azərbaycan bankları daha çox qazanmağa başlayıb

460
(Yenilənib 11:11 24.09.2019)
AR Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında banklar tərəfindən verilən kreditlərin həcmi 13,342 mlrd. manata çatıb.
İnfoqrafika: Azərbaycan bankları daha çox qazanmağa başlayıblar
© Sputnik / Elnur Salayev

Azərbaycanın bank sektorunun sağlamlaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində kreditləşmədə uğur əldə edilib. Həmçinin investorlara inam artıb ki, bu da bankirlərə gəlirlərini xeyli artırmağa imkan verib.

AR Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında banklar tərəfindən verilən kreditlərin həcmi 13,342 mlrd. manata çatıb.

Kredit müəssisələrində vəziyyətin yaxşılaşması nəinki gəlirlərin artmasına, eləcə də minlərlə bank xidmətçisinin öz iş yerlərinə geri qayıtmasına şərait yaradıb. Azərbaycan banklarında kreditlərin, depozitlərin, gəlirlərin vəziyyəti ilə Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiniz.

460