Azərbaycan istehlak etdiyindən az düyü istehsal edir

357
(Yenilənib 14:46 10.09.2019)
Azərbaycan daxili bazara 10 min ton düyü çıxarır, halbuki ölkədə il ərzində 60 tondan çox düyüyə tələbat olur.
İnfoqrafika: Azərbaycan Respublikası nə qədər düyü istehsal edir
© Sputnik / Elnur Salayev

İstehsalla istehlak arasındakı fərqi aradan qaldırmaq məqsədilə Azərbaycan 2019-cu ilin birinci yarısında 19,7 milyon dollar dəyərində 24 min ton düyü idxal edib.

Azərbaycan daxili bazara 10 min ton düyü çıxarır, halbuki ölkədə ötən il ərzində 60 ton 275 kq düyüdən istifadə edilib.

Ümumiyyətlə isə dünyada il ərzində düyüyə 500 milyon ton tələbat olur. Dünyanın ən iri düyü istehsalçılarının top beşliyində Çin, Hindistan, İndoneziya, Vyetnam və Tailand yer alır.

Düyü istehsalı və Azərbaycanda ondan istifadə ilə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiniz.

357

Azərbaycanın dövlət borcu azalıb

831
(Yenilənib 13:57 07.08.2020)
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.
İnfoqrafika: Azərbaycanın dövlət borcu
© Sputnik / Elnur Salayev

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

Sputnik Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından ibarətdir.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın xarici borcları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

831

Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri

1234
(Yenilənib 11:16 04.08.2020)
Hər ölkənin ordusu müasir silahlar və hazırlıqlı hərbçilərlə təchiz olunmalıdır ki, vətəni istənilən hərbi müdaxilədən qoruya bilsin.
İnfoqrafika: Keçmiş SSRİ ölkələrinin silahlı qüvvələri
© Sputnik / Elnur Salayev

Silahlı qüvvələr dövlət strukturunda vacib yerlərdən birini tutur, onların formalaşdırılması və inkişafına isə kifayət qədər diqqət ayırmaq vacibdir. Bu, xüsusilə ərazisində hərbi münaqişələr olan, məsələn, Azərbaycan kimi ölkələr üçün aktualdır. Təsadüfi deyil ki, müdafiə xərcləri üzrə respublikamız keçmiş İttifaq ölkələri arasında ilk üçlüyə daxildir.

Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında postsovet ölkələrinin silahlı qüvvələri və digər hərbi birləşmələrinin sayı barədə məlumat ala bilərsiniz. Bu siyahıda elə ölkələr var ki, cəmi bir neçə min hərbçi sayı ilə sizi təəccübləndirəcək.

1234
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0