Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Dünyanın müxtəlif şəhərlərində yaşayış neçəyə başa gəlir

Abunə olmaq
Azərbaycana gələn qanuni və qanunsuz miqrantlar, eləcə də dünyanın müxtəlif şəhərlərində yaşayışın neçəyə başa gəldiyi barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

İndiyə qədər 303621 nəfər əcnəbi və vətəndaşlığa olmayan şəxs Azərbaycan Respublikasında qeydiyyata düşmək üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib. 19899 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq icazəsi almaq məqsədilə DMX-ya müraciət ünvanlayıb.

Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati hüquq pozuntularına dair 6 327 qərar qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğuna görə 3543 şəxs barədə Azərbaycan hüdudlarından inzibati qaydada çıxarılma barədə qərar verilib.

2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana gələn qanunsuz miqrantların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30% azalıb. Qanunsuz miqrantların saxlanılması mərkəzinə 2018-ci ildə 899, 2019-cu ildə 627 nəfər yerləşdirilib. Onlar əsasən Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdırlar.

Azərbaycana gələn qanuni və qanunsuz miqrantlar, eləcə də dünyanın müxtəlif şəhərlərində yaşayışın neçəyə başa gəldiyi barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0