Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti - yaşayan tarix

2288
(Yenilənib 10:57 22.08.2019)
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılması tarixi və inkişaf yolu haqqında ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz
İnfoqrafika  dövlət mühafizə xidməti
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamı ilə 23 avqust Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Ölkə prezidentinin 06 may 2002-ci il tarixli Sərəncamı ilə AR Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi AR Xüsusi Dövlət Mühafizə Xidməti adlanır.

Prezidentin 31 may 2003-cü il tarixli 872 saylı Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə təsdiq edilib. XDMX-nin tarixi inkişaf yolu haqqında ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

2288