Azərbaycanda yaradılmış yerləri - mülkiyyət formasına görə

2202
(Yenilənib 10:14 19.08.2019)
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada iş yerlərinin Bakının inzibati rayonları üzrə paylanmasının statistikası ilə də ətraflı tanış ola bilərsiniz
İnfoqrafika İş yerləri
© Sputnik / Elnur Salayev

2019-cu ilin başlanğıcından indiyədək Bakıda xeyli sayda xarici daşınmaz əmlak, birgə mülkiyyət, xarici sərmayəli daşınmaz əmlak, iş yerləri, dövlət, qeyri-dövlət, bələdiyyə və özəl mülkiyyət yaradılıb. Sputnik Azərbaycan ölkəmizdə yaradılmış iş yerlərinin mülkiyyət formasına görə bölüşdürülməsinə dair infoqrafika hazırlayıb. Burada iş yerlərinin Bakının inzibati rayonları üzrə paylanmasının statistikası ilə də ətraflı tanış ola bilərsiniz.

2202

Azərbaycanın su ehtiyatları

13
Azərbaycanda hər il müxtəlif təyinatlı təxminən 4 milyard kub metr su çatışmır. Bundan əlavə, ölkənin əsas çayları qonşu ölkələrdə çirkləndirilir. Bu və bir çox başqa məsələlər Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında.
İnfoqraafika: Azərbaycanın su resursları
© Sputnik / Elnur Salayev

Su həyatdır. Qlobal istiləşmə dövründə bu ifadə daha da aktuallaşır və hətta ölkələrin su təhlükəsizliyi məsələsi ön plana çıxır.

Azərbaycan, təəssüf ki, həmişə su çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

Ölkəmizdə səth sularının yalnız 30%-i respublikanın ərazisində formalaşır. Nəzərə alsaq ki, ölkənin əsas çayları olan Kür və Araz qonşu Ermənistanla Gürcüstanın ərazisində çirkləndirilir, Azərbaycan üçün su ehtiyatlarının qorunub saxlanması məsələsi daha da aktual olur.

Öz xüsusi infoqrafikasında Sputnik Azərbaycan ölkənin su resurslarından bəhs edir.

13

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

457
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

457
Belinda Norton, arxiv şəkli

Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib

0
(Yenilənib 22:52 10.07.2020)
Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib.

BAKI, 11 iyul — Sputnik. Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib. Söhbət mətbəx rəflərini savadlı şəkildə ərzaqla təchiz etməkdən gedir.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, 43 yaşlı müəllim Belinda Norton mətbəxdə səliqə-sahman yaratdıqdan sonra onun qida vərdişləri dəyişib və sağlamlığı yaxşılaşıb. "Biz gündə bufetin rəflərinə 50 dəfə baxırıq. Bu hərəkət eynilə reklamın etdiyi kimi gözlərimizə və mədəmizə təsir göstərir", - deyə Norton bildirib.

O əlavə edib ki, mətbəxdəki səliqə-sahman idman və ya pəhriz rejimindən dəfələrlə daha effektiv, həmçinin sürətli arıqlamağa kömək edir. O, şkafın rəflərinə məhsulları aşağıdakı şəkildə yerləşdirməyi məsləhət görür: kulinariyada, məsələn, qoz-fındıq, çia toxumu və ədviyyat kimi tez-tez istifadə edilən və ən faydalı ərzağı ən görkəmli yerə yığmaq lazımdır. Aşağı rəflərə isə o, mühüm olmayan məhsulları — taxıl mənşəliləri, paxlalıları və makaronu yerləşdirir.

"Mənim əsas sirrim göz qabağında üzvi qidaları saxlamaqdır. Rəfləri bu cür məhsullarla doldurduğunuzda, düzgün seçim etmək ehtimalı daha çox olur", - avstraliyalı deyir.

Beləliklə, arıqlamaq üçün faydalı olan məhsullar həmişə Nortonun əlinin altında olur: sürətli hazırlanan yulaf lopaları, çətənə toxumu, günəbaxan və balqabaq (salatlar üçün əlavələr), düyü siropu, badam, kakao tozu və kokos yağı.

Uşaqlar üçün faydalı qəlyanaltılar valideynləri gözləmədən qəlyanaltı etmələri üçün aşağı rəflərdə saxlanılır. Norton qeyd edir ki, "mətbəx şkaflarındakı səliqə-sahman sizin sağlamlığınız və əmin-amanlığınız üçün çox vacibdir". "Bu, bizə ancaq lazım olan şeyləri almağa və pula qənaət etməyə yardım edir. Həmçinin bu, düzgün qərarların qəbul edilməsinə imkan yaradır və qidanın hazırlanmasında vaxta qənaət edir", - Norton bildirib.

Əvvəllər Avstraliyadan olan bir dietoloq arıqlamağın və çəkini lazımi səviyyədə saxlamağın altı sirrini açıqlamışdı. O, stressdən uzaq durmağı, daha çox salat və ya tərəvəz yeməyi, istehlak edilən yarımfabrikatların miqdarını azaltmağı məsləhət görürdü. O, həmçinin daha çox hərəkət etməyi, yeməkdən əvvəl və yemək zamanı su içməyi, şüurlu yeməyi tövsiyə edirdi.

0
Əlaqədar
Belə "əfsanə" heç bir kişinin, heç Lenqli xəfiyyələrinin də ağlına gəlməzdi
Əlinizdən gələni beş qaba çəkin - normal çəkiyə çatmaq üçün qızıl qaydalar
Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür
Məşhur teleaparıcı kraliça II Yelizavetaya baxıb arıqladı
Qəhvə necə arıqladır - alimlərdən yeni təcrübə