Dörd Xəzəryanı ölkənin hərbi dəniz qüvvələri arasında mübarizə olacaq

818
(Yenilənib 10:58 04.08.2019)
"Dəniz kuboku" uğrunda yarışacaqlar
İnfoqrafika Dəniz kuboku
© Sputnik / Elnur Salayev

2019-cu il avqustun 3-dən 17-dək Bakıda V Beynəlxalq Ordu Oyunları çərçivəsində Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin (HDQ) donanmaları arasında "Dəniz kuboku" uğrunda yarış keçiriləcək.

Gəmilərin ekipajları arasında keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsində iştirakçı dövlətlərin hər birinin Hərbi Dəniz Donanmasının (HDQ) xilasedici fəaliyyətlə məşğul ola bilən kiçik həcmli üzən vasitəyə, artilleriyaya və atıcı silahlara malik bir gəmisi iştirak edir.

Müsabiqədə iştiraka müsabiqə iştirakçısı olan ölkələrin HDQ-nin donanmasının hərbi və texniki ləvazimatlara malik, müsabiqə mərhələlərinin keçirilmə şərtlərinə cavab verən, müsabiqənin müvafiq yarışlarında və artilleriya atəşində təhlükəsizlik qaydaları ilə tanış olan hərbi heyəti buraxılır.

Bu il dörd Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran və Qazaxıstanın komandaları yarışlarda iştirak etməyə hazır olduğunu bəyan edib.

Müsabiqənin qalibləri və birincilik uğrunda yarışan ekipajların mükafatçıları kubok, medal və diplomlarla mükafatlandırılacaqlar. Müsabiqənin təşkilatçıları əlavə olaraq ən yaxşı mütəxəssis və hakimlər üçün də mükafatlar təsis edib. "Dəniz kuboku-2019" haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

818