Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Avropa Gənclər Yay Olimpiya Festivalının tarixi və statistikası

Abunə olmaq
21-27 iyul 2019-cu il tarixlərində XV Avropa Gənclər Yay Olimpiya Festivalı Bakıda keçiriləcək

Avropa Gənclər Olimpiya Festivalı (European Youth Olimpic Festival (EYOF)) əsasən Avropa Olimpiya Komitələri Assosiasiyasına daxil olan 50 ölkənin gənc idmançıları arasında keçirilən beynəlxalq regional kompleks idman yarışıdır. Bu Festival Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında Avropa Olimpiya Komitələri Assosiasiyası tərəfindən təşkil olunur. Bu festival ildə iki dəfə - yayda və payızda keçirilir.

İlk Avropa Gənclər Olimpiya Festivalı 1991-ci ildə Brüsseldə keçirilib.

21-27 iyul 2019-cu il tarixlərində isə XV Avropa Gənclər Yay Olimpiya Festivalı Bakıda keçiriləcək. Bu festival və Azərbaycanın paytaxtında keçiriləcək yarışlar, turnirdə iştirak edəcək idmançılar, qazanılacaq mükafatlar və s. barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0