Azərbaycanın ixrac vəziyyəti: nə, qədər hara?

713
(Yenilənib 19:16 09.07.2019)
Azərbaycanın hansı ölkəyə nəyi nə qədər ixrac etdiyi barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz
İnfoqrafika Export
© Sputnik / Elnur Salayev

2019-cu ilin yanvar-may aylarında Azərbaycanın ixrac məhsullarının 89,7% -i ixrac boru kəmərləri və elektrik ötürücü xətləri vasitəsilə həyata keçirilib.

İxrac olunan məhsulların 5,3%-i avtomobil nəqliyyatı, 3,2%-i dəmir yolları, 1.1%-i hava nəqliyyatı, 0,7%-i dəniz nəqliyyatı vasitəsilə xaricə daşınıb.

İxracın strukturuna başda xam neft olmaqla, təbii qaz, neft məhsulları, meyvə və tərəvəz, plastmas və plastmas məmulatlar, pambıq lifləri, alüminium və onun məhsulları, kimyəvi məhsullar, qara metallar və onların məhsullar, alkoqollu və alkoqolsuz içkilər, yağ və şəkər daxildir.

2019-cu ilin yanvar-aprel aylarında 2018-ci ilin analoji dövrü ilə müqayisədə əsas ixrac məhsullarında artım qeydə alınıb. Azərbaycanın cari ilin 5 ayı ərzində xaricə nəyi nə qədər ixrac etdiyi barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.

713

Azərbaycanlılar ADR-in yaranmasının 102-ci ildönümünü qeyd edirlər

1202
(Yenilənib 11:06 28.05.2020)
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
İnfoqrafika: 28 may
© Sputnik / Elnur Salayev

28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra hər il 28 may Respublika günü kimi qeyd olunur.

Azərbaycan xalqı bu il mayın 28-də onun ən şərəfli tarixinin bir hissəsi olan Demokratik Respublikanın qurulmasının 102-ci ildönümünü qeyd edir.

Prezident İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Müsəlman Şərqində ilk dəfə, eləcə də ABŞ və bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu, milli pul, milli bankın yaradılması, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatlar və digər uğurlara imza atmışdı.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb və müvəqqəti olaraq devrilib. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

1202

Sputnik Azərbaycan - Beş il sizinlə

1259
Sputnik Azərbaycan-la bağlı ətraflı məlumatla agentliyin fəaliyyətinin beşinci ildönümünə həsr olunmuş xüsusi infoqrafikada tanış ola bilərsiz.

Sputnik Azərbaycan fəaliyyətinin 5 illiyini qeyd edir. Bu müddət ərzində bizimlə olan və bizi dəstəkləyən bütün oxucularımıza təşəkkür edirik

Sputnik Azərbaycan 2015-ci il mayın 25-də fəaliyyətə başlayıb. Bizim aktivimizə Azərbaycan və rus dillərində informasiya portalları, radioresurs və yüksək texnologiyalı multimedia mətbuat mərkəzi daxildir.

Sputnik Azərbaycan özündə 33 dildə yayımlanan multimedia internet saytlarını, dünyanın 90-dan artıq şəhərində analoq və rəqəmsal radioyayımlarını birləşdirən böyük beynəlxalq KİV-in bir hissəsidir. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərinə ingilis, ərəb, ispan, Çin və fars dillərində məlumat yayır.

Sputnik-in informasiya resurslarının auditoriyası ayda 80 milyondan çox ziyarətçidən ibarətdir, sosial şəbəkələrdə Sputnik-in izləyicilərinin ümumi sayı 20 milyondan çoxdur. Bişkekdən Kişinyova, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir.

"Sputnik" "Rossiya Seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

Sputnik Azərbaycan-la bağlı daha ətraflı məlumatla agentliyin fəaliyyətinin beşinci ildönümünə həsr olunmuş xüsusi infoqrafikada tanış ola bilərsiz.

1259
Güllə izi, arxiv şəkli

Ermənistan ordusu yenə dinclik vermir

0
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

BAKI, 31 may — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0
Əlaqədar
Cəbhədə son durum
Bizə bayramları haram etməyə and içiblər
Ordumuzun mövqeləri snayper və pulemyotlarla atəşə tutuldu
Cəbhədə snayperlər işə düşdü: təşəbbüskar yenə Ermənistandır